12px13px15px17px
Tarix:23/08/12

Türkiyə Suriya ilə internet bağlantısını kəsib?

Türkiyə Bəşər Əsəd rejiminə görə Suriyaya internet verilməsini dayandırıb. "ICTnews" elektron xəbər xidmətinin Türkiyə mətbuatından əldə etdiyi xəbərə görə, türk rəsmiləri bu addımı avqustun 12-dən atıblar.

Xəbərdə bildirilir ki, bu addımdan sonra Suriyada internetin sürəti azalıb, müntəzəm olaraq kəsilmələr yaranır və keyfiyyət tam olaraq aşağı düşüb.

Amma bu xəbərlər rəsmi şəkildə öz təsdiqini tapmayıb. Məsələ ilə bağlı «Türktelekom» şirkəti açıqlama yayıb. Şirkət bildirir ki, yayılan xəbərlər həqiqətə uyğun deyil və Suriyada internet probleminin yaranmasının «Türktelekom»la heç bir bağlılığı yoxdur:

«Türktelekom" olaraq «Suriya Telekom»a göstərdiyimiz xidmətlərdə 11 avqust tarixindən bu yana kəsintilər yaşanmaqdadır. Ancaq problem bütünlükdə Suriyanın öz fiber-optik şəbəkəsində yaşanan kəsintilərdən qaynaqlanır».

Hazırda Suriyadan xəbərlər dünyaya mərkəzi Honqkonqda yerləşən "PCCW" şirkəti tərəfindən həyata keçirilir. Adıçəkilən şirkət Suriyaya dənizin altı ilə Livan, Misir və Kipr xətti vasitəsi ilə internet verilməsini təmin edir.

SEYMUR



Baxış sayı: 749

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024