12px13px15px17px
Tarix:24/08/12

İnformasiya və rabitə xidmətlərində əlavə dəyər real ifadədə 18,5 faiz artıb

2012-ci ilin yanvar-iyul ayları ərzində ölkə iqtisadiyyatında 30,8 milyard manatlıq və ya əvvəlki ildəkindən 1,6 faiz çox ümumi daxili məhsul istehsal edilib, onun hər nəfərə düşən həcmi 3364,7 manat (4280,9 ABŞ dolları) olub.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, iqtisadiyyatın qeyri-neft sahələrində yaradılmış əlavə dəyərin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,5 faiz artaraq 15,2 milyard manat təşkil edib, neft-qaz sektorunda isə 6,0 faiz azalıb.

ÜDM-in 52,3 faizi sənayedə, 5,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 9,6 faizi tikintidə, 7,0 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 4,9 faizi nəqliyyat və anbar təsərrüfatında, 1,4 faizi turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində, 1,7 faizi informasiya və rabitə xidmətlərində, 11,5 faizi isə sosial və digər xidmət sahələrində istehsal edilib.

Bu dövrdə tikintidə əlavə dəyər real ifadədə 27,0 faiz, turistlərin yerləşdirilməsi və iaşə xidmətləri sahəsində 19,1 faiz, informasiya və rabitə xidmətlərində 18,5 faiz, ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində 9,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda 6,8 faiz, nəqliyyat və anbar təsərrüfatında isə 2,3 faiz artıb. Məhsula və idxala xalis vergilər ÜDM-in 6,1 faizini təşkil edib.

CAHANGİR



Baxış sayı: 754

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024