Tarix:24/08/12
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2012-ci ildə kompyuter bazarının həcmi ötən illə müqayisədə cəmisi 0,9 faiz artacaq. Məlumat üçün qeyd edək ki, 1 il bundan əvvəl 1,7 faiz həcmində illik artım qeydə alınmışdı.
Ekspertlərin proqnozuna görə, fərdi kompyuter (FK) tədarüklərinin həcmi 2013-cü ildə 6,5 faiz arta bilər. Bu halda 2012-ci ildən 2016-cı ilədək orta illik artım sürəti 8,4 faiz səviyyəsində qiymətləndirilib. “IDC” tədqiqat şirkətinin hesablamasına görə, 2012-ci il ərzində 367 milyon FK istehsal ediləcək.
Analitiklər 2012-ci ilin ortalarında Asiya-Sakit okean (Yaponiya istisnadır), Latın Amerikası, Mərkəzi və Şərqi Afrika, Yaxın Şərq regionunun inkişaf etməkdə olan bazarlarında artımın zəiflədiyini qeyd ediblər. 2012-ci ilin nəticəsinə görə, bu regionlarda FK tədarüklərinin həcminin 2,5 faiz artacağı proqnozlaşdırılır, halbuki ötən il bu regionlarda kompyuter istehsalının həcmi 11 faiz artmışdı.
EMİL
Fərdi kompyuter bazarında 1 faizdən az artım qeydə alınacaq
2012-ci ildə kompyuter bazarında artım ötən illə müqayisədə aşağı olacaq, çünki istehlakçılar ilin ortasında öz texnoloji satın almalarını “Windows 8” əsasında işləyən qurğular, həmçinin ultrabuklara görə təxirə salıblar. Bundan əlavə, iqtisadi qeyri-stabillik, smartfon və planşetlərin populyarlığı da mənfi təsir göstərib.“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2012-ci ildə kompyuter bazarının həcmi ötən illə müqayisədə cəmisi 0,9 faiz artacaq. Məlumat üçün qeyd edək ki, 1 il bundan əvvəl 1,7 faiz həcmində illik artım qeydə alınmışdı.
Ekspertlərin proqnozuna görə, fərdi kompyuter (FK) tədarüklərinin həcmi 2013-cü ildə 6,5 faiz arta bilər. Bu halda 2012-ci ildən 2016-cı ilədək orta illik artım sürəti 8,4 faiz səviyyəsində qiymətləndirilib. “IDC” tədqiqat şirkətinin hesablamasına görə, 2012-ci il ərzində 367 milyon FK istehsal ediləcək.
Analitiklər 2012-ci ilin ortalarında Asiya-Sakit okean (Yaponiya istisnadır), Latın Amerikası, Mərkəzi və Şərqi Afrika, Yaxın Şərq regionunun inkişaf etməkdə olan bazarlarında artımın zəiflədiyini qeyd ediblər. 2012-ci ilin nəticəsinə görə, bu regionlarda FK tədarüklərinin həcminin 2,5 faiz artacağı proqnozlaşdırılır, halbuki ötən il bu regionlarda kompyuter istehsalının həcmi 11 faiz artmışdı.
EMİL
Baxış sayı: 767
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır