Tarix:27/08/12
Komitədən bildirilib ki, "Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi" məqsədi ilə 31 oktyabr 2011-ci il tarixdə imzalanmış satınalma müqaviləsi əsasında Sumqayıt şəhəri üzrə daşınmaz əmlak obyektlərinin elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi işləri icra edilir: "Qeyd etmək lazımdır ki, daşınmaz əmlaka dair sənədlərin verilməsinin elektron xidmətə keçirilməsi məqsədilə çevik və etibarlı informasiya mübadiləsinə imkan verən daşınmaz əmlakın qeydiyyatı üzrə məlumat-axtarış bazası olmalıdır.
Eyni zamanda bütün daşınmaz əmlaklar barədə müasir geoinformasiya texnologiyaları əsasında mərkəzləşdirilmiş və vahid kadastr məlumat bazasının, daşınmaz əmlakın rəqəmsal kadastr xəritələrinin yaradılması olduqca vacibdir.
Digər tərəfdən, bu xidmət sahəsində səmərəli, şəffaf və davamlı fəaliyyət üçün arxivlərdə kağız daşıyıcılarında olan, uzun illər ərzində toplanmış əmlaklara dair qeydiyyat məlumatlarının elektron bazaya köçürülməsi zəruridir. Bu baxımdan, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması ilə bağlı respublika prezidentinin 27 iyul 2010-cu il tarixli fərmanı xüsusi əhəmiyyət kəsb edir".
Bu fərmanla ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq, daşınmaz əmlakın texniki inventarlaşdırılması və daşınmaz əmlakların vahid dövlət kadastr uçotuna alınması barədə tapşırıqlar verilib: "Fərmanın icrasını təmin etmək məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq işlər həyata keçirilir, respublikanın inzibati əraziləri üzrə daşınmaz əmlakların kadastr uçotuna alınması və rəqəmsal kadastr xəritələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər görülür.
Daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi ölkədə elektron kadastr xəritələrinin hazırlanmasını və bu sahənin avtomatlaşdırılmasını nəzərdə tutur. Prezidentin iri sənaye şəhərlərinin inkişafı ilə bağlı tapşırıqlarını rəhbər tutaraq, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ilk növbədə Bakı, Sumqayıt, Gəncə və respublika tabeli digər şəhərlərdə daşınmaz əmlakın rəqəmsal kadastr xəritəsinin hazırlanması nəzərdə tutulur".
HƏQİQƏT
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı e-xidmətlər rəqəmsal kadastr xəritələrini zəruriləşdirir
Daşınmaz əmlakın qeydiyyatı sahəsində elektron xidmətlərin göstərilməsi mükəmməl məlumat bazasını və rəqəmsal kadastr xəritələrini zəruri edir. Artıq Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi məqsədi ilə tender elan olunub. Hazırda tender təkliflərinin qiymətləndirilməsi işləri yekunlaşdırılmaq üzrədir. "ICTnews" Elektron xəbər xidmətinə bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) məlumat verilib.Komitədən bildirilib ki, "Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi" məqsədi ilə 31 oktyabr 2011-ci il tarixdə imzalanmış satınalma müqaviləsi əsasında Sumqayıt şəhəri üzrə daşınmaz əmlak obyektlərinin elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi işləri icra edilir: "Qeyd etmək lazımdır ki, daşınmaz əmlaka dair sənədlərin verilməsinin elektron xidmətə keçirilməsi məqsədilə çevik və etibarlı informasiya mübadiləsinə imkan verən daşınmaz əmlakın qeydiyyatı üzrə məlumat-axtarış bazası olmalıdır.
Eyni zamanda bütün daşınmaz əmlaklar barədə müasir geoinformasiya texnologiyaları əsasında mərkəzləşdirilmiş və vahid kadastr məlumat bazasının, daşınmaz əmlakın rəqəmsal kadastr xəritələrinin yaradılması olduqca vacibdir.
Digər tərəfdən, bu xidmət sahəsində səmərəli, şəffaf və davamlı fəaliyyət üçün arxivlərdə kağız daşıyıcılarında olan, uzun illər ərzində toplanmış əmlaklara dair qeydiyyat məlumatlarının elektron bazaya köçürülməsi zəruridir. Bu baxımdan, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması ilə bağlı respublika prezidentinin 27 iyul 2010-cu il tarixli fərmanı xüsusi əhəmiyyət kəsb edir".
Bu fərmanla ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq, daşınmaz əmlakın texniki inventarlaşdırılması və daşınmaz əmlakların vahid dövlət kadastr uçotuna alınması barədə tapşırıqlar verilib: "Fərmanın icrasını təmin etmək məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müvafiq işlər həyata keçirilir, respublikanın inzibati əraziləri üzrə daşınmaz əmlakların kadastr uçotuna alınması və rəqəmsal kadastr xəritələrinin yaradılması istiqamətində ardıcıl tədbirlər görülür.
Daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi ölkədə elektron kadastr xəritələrinin hazırlanmasını və bu sahənin avtomatlaşdırılmasını nəzərdə tutur. Prezidentin iri sənaye şəhərlərinin inkişafı ilə bağlı tapşırıqlarını rəhbər tutaraq, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ilk növbədə Bakı, Sumqayıt, Gəncə və respublika tabeli digər şəhərlərdə daşınmaz əmlakın rəqəmsal kadastr xəritəsinin hazırlanması nəzərdə tutulur".
HƏQİQƏT
Baxış sayı: 1258
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır