Tarix:27/08/12
Bu məqsədlə artıq "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli Fərmanına və 22 iyun 2010-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları"na müvafiq olaraq bir neçə investisiya müsabiqəsi elan edilib və müsabiqə qalibləri müəyyən edilib.
Belə ki, Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi 17, Yasamal rayonu, Şərifzadə küçəsi 75 və Nizami rayonu, Ş.Mirzəyev küçəsi 23 ünvanında yerləşən ümumi sahələri müvafiq olaraq 285,1 kv. metr, 17,2 kv. metr və 11,2 kv. metr olan qeyri-yaşayış sahələrinin icarəyə verilməsi ilə bağlı investisiya müsabiqəsi elan edilib. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib.
Onun sözlərinə görə, sifarişçilər qarşısında icarəyə verilən obyektin məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinə uyğun olaraq təyinatı üzrə istifadə edilməsini təmin etmək, icarəyə verilən obyektin ərazisində yerləşdiyi müəssisənin fəaliyyətinə maneçilik yaradılmaması, birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirilməməsi, kommunikasiya xətlərindən birgə istifadə edilməsi, icarəyə verilən obyektin xarici görünüşünün və memarlıq elementlərinin qorunub saxlanılması və dövlət büdcəsinə ödəniləcək icarə haqqına dair təklifin verilməsi kimi şərtlər qoyulmuşdu: "Müsabiqələrdə iştirak etmək üçün hər bir müsabiqəyə bir neçə iddiaçı tərəfindən təkliflər təqdim edilmişdi. Müsabiqəyə çıxarılmış obyektin balanssaxlayıcısının və yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının nümayəndələri daxil olduğu Müsabiqə Komissiyasının qərarına əsasən bütün iddiaçılar iştirakçı statusunu əldə ediblər.
Keçirilən hər bir müsabiqə üzrə yaradılmış komissiya müsabiqə iştirakçılarının təqdim etdikləri təkliflərinə baxdıqdan sonra açıq səsvermə yolu ilə qərar qəbul edib". Səsvermənin nəticələrinə uyğun olaraq, Xətai rayonu, Y.Səfərov küçəsi 17 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı müsabiqənin qalibi "GEN-LAB" Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib. Digər müsabiqələrin qalibi isə "Azərtelekom" MMC olub.
Müsabiqənin şərtlərinə müvafiq olaraq, qalib şirkət icarəyə götürəcəyi qeyri-yaşayış sahəsinin qanunvericiliklə müəyyən edilmiş aylıq icarə haqqının dövlət büdcəsinə köçürülməsinin, habelə bağlanılacaq icarə müqaviləsinin şərtlərinin yerinə yetirilməsinin, balanssaxlayıcının hesabına köçürüləcək kommunal xərclərinin və digər ödəmələrin vaxtlı-vaxtında köçürülməsinin təmin edilməsini öhdəsinə götürüb.
Eyni zamanda müsabiqə qalibi tərəfindən icarəyə götürülən obyektin məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinə uyğun olaraq təyinatı üzrə istifadə edilməsi, müəssisənin fəaliyyətinə maneçilik yaradılmaması, eləcə də obyektin xarici görünüşünün və memarlıq elementlərinin qorunub saxlanılması da təmin ediləcək.
HƏQİQƏT
“Azərtelekom” MMC qeyri-yaşayış sahələri üzrə investisiya müsabiqəsinin qalibi olub
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə edilməsi, dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin hüquqi əsas olmadan istifadəsinin qarşısının alınması, bağlanmış icarə müqavilələrinin şərtlərinə əməl edilməsi, eləcə də icarəyə verilmiş dövlət əmlakından dövlət büdcəsinə daxilolmaların artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirir. Bu işlərin davamı kimi, komitə tərəfindən bir sıra qeyri-yaşayış sahələrinin investisiya müsabiqələri vasitəsi ilə icarəyə verilməsi ilə bağlı tədbirlər görülür.Bu məqsədlə artıq "Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli Fərmanına və 22 iyun 2010-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi Qaydaları"na müvafiq olaraq bir neçə investisiya müsabiqəsi elan edilib və müsabiqə qalibləri müəyyən edilib.
Belə ki, Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi 17, Yasamal rayonu, Şərifzadə küçəsi 75 və Nizami rayonu, Ş.Mirzəyev küçəsi 23 ünvanında yerləşən ümumi sahələri müvafiq olaraq 285,1 kv. metr, 17,2 kv. metr və 11,2 kv. metr olan qeyri-yaşayış sahələrinin icarəyə verilməsi ilə bağlı investisiya müsabiqəsi elan edilib. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov məlumat verib.
Onun sözlərinə görə, sifarişçilər qarşısında icarəyə verilən obyektin məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinə uyğun olaraq təyinatı üzrə istifadə edilməsini təmin etmək, icarəyə verilən obyektin ərazisində yerləşdiyi müəssisənin fəaliyyətinə maneçilik yaradılmaması, birgə istifadə olunan kommunikasiya xətlərinə xələl gətirilməməsi, kommunikasiya xətlərindən birgə istifadə edilməsi, icarəyə verilən obyektin xarici görünüşünün və memarlıq elementlərinin qorunub saxlanılması və dövlət büdcəsinə ödəniləcək icarə haqqına dair təklifin verilməsi kimi şərtlər qoyulmuşdu: "Müsabiqələrdə iştirak etmək üçün hər bir müsabiqəyə bir neçə iddiaçı tərəfindən təkliflər təqdim edilmişdi. Müsabiqəyə çıxarılmış obyektin balanssaxlayıcısının və yerləşdiyi ərazi üzrə yerli icra hakimiyyəti orqanının nümayəndələri daxil olduğu Müsabiqə Komissiyasının qərarına əsasən bütün iddiaçılar iştirakçı statusunu əldə ediblər.
Keçirilən hər bir müsabiqə üzrə yaradılmış komissiya müsabiqə iştirakçılarının təqdim etdikləri təkliflərinə baxdıqdan sonra açıq səsvermə yolu ilə qərar qəbul edib". Səsvermənin nəticələrinə uyğun olaraq, Xətai rayonu, Y.Səfərov küçəsi 17 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə bağlı müsabiqənin qalibi "GEN-LAB" Məhdud Məsuliyyətli Cəmiyyəti elan edilib. Digər müsabiqələrin qalibi isə "Azərtelekom" MMC olub.
Müsabiqənin şərtlərinə müvafiq olaraq, qalib şirkət icarəyə götürəcəyi qeyri-yaşayış sahəsinin qanunvericiliklə müəyyən edilmiş aylıq icarə haqqının dövlət büdcəsinə köçürülməsinin, habelə bağlanılacaq icarə müqaviləsinin şərtlərinin yerinə yetirilməsinin, balanssaxlayıcının hesabına köçürüləcək kommunal xərclərinin və digər ödəmələrin vaxtlı-vaxtında köçürülməsinin təmin edilməsini öhdəsinə götürüb.
Eyni zamanda müsabiqə qalibi tərəfindən icarəyə götürülən obyektin məxsus olduğu müəssisənin spesifik fəaliyyət profilinə uyğun olaraq təyinatı üzrə istifadə edilməsi, müəssisənin fəaliyyətinə maneçilik yaradılmaması, eləcə də obyektin xarici görünüşünün və memarlıq elementlərinin qorunub saxlanılması da təmin ediləcək.
HƏQİQƏT
Baxış sayı: 903
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır