Tarix:28/08/12
“ICTnews” elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, bu məqsədlə hazırlanan elektron peşə təhsil portalında müvafiq dərslərlə tanış olmaq mümkündür: “Bizim elektron resurs mərkəzində hər kəsi maraqlandıran peşə sahələri üzrə zəruri məlumatları əldə etmək mümkündür.
Portalın əsasını təşkil edən elektron kitabxanada tədris vəsaitlərinin onlayn versiyası ilə tanış olmaqla bərabər, kitablara əlavə edilmiş multimedia vəsaitləri - video, animasiya, qalereya və trenajorlarla da tanış olmaq olar”. Portalın “Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət proqramı (2007-2012-ci illər)” çərçivəsində yaradıldığını qeyd edən qurumdan vurğulanıb ki, proqramda distant təhsillə bağlı qarşıya müvafiq tapşırıqlar qoyulub.
Buraya əlavə peşə və qeyri-formal təhsil almaq üçün texniki bazanı formalaşdırmaq, yeni distant təhsil sisteminin mövcud peşə təhsili sisteminə tamamilə inteqrasiyasını təmin etmək, onu daha da təkmilləşdirmək və vətəndaşların fasiləsiz və ömür boyu məsafədən təhsil alma imkanlarını genişləndirmək, İKT-nin tətbiqi ilə peşə təhsilinin keyfiyyətini artırmaq, onlayn testləşdirmə və monitorinq sistemləri vasitəsilə bilik və bacarıqlarını qiymətləndirmək, valideyn, müəllim, məktəb rəhbərliyi tərəfindən aparılan elektron monitorinq sistemi vasitəsilə tədris prosesinin idarə olunmasını yüksəltmək daxildir.
Proqram həmçinin texniki peşə təhsilinin məzmunca müasir tələblər səviyyəsində yeniləşdirilməsi, texniki peşə təhsili sistemində təhsilin keyfiyyətinin idarə olunması üzrə tədbirlərin həyata keçirilməsi, səmərəli monitorinq və qiymətləndirilmə mexanizmlərinin hazırlanması və tətbiqi, texniki peşə müəssisələrində tədris prosesində müasir informasiya və kommunikasiya texnologiyalarının geniş istifadəsinə nail olunması, modul təhsili, məsafədən təhsil kimi müasir təhsil formalarından istifadə imkanlarının araşdırılması, onların real praktikada həyata keçirilməsi, mütərəqqi təhsil formalarından istifadə etməklə peşə təhsili sisteminin daha da təkmilləşdirilməsi və bu yolla işçilərin iş yerində təhsillərini davam etdirmələrinə şərait yaratmaqla ömür boyu təhsil imkanlarının genişləndirilməsi kimi tədbirləri əks etdirir.
HƏQİQƏT
Müxtəlif sosial təbəqələr üçün internet texnologiyaları vasitəsilə distant peşə hazırlığına imkan yaradılıb
Azərbaycanda texniki peşə təhsilinin məzmununun yeniləşdirilməsi istiqamətində şagird, tələbə və müxtəlif sosial təbəqələrin nümayəndələri üçün internet texnologiyaları vasitəsilə məsafədən (distant) peşə hazırlığı və ixtisasartırma fəaliyyəti imkanı yaradılıb.“ICTnews” elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, bu məqsədlə hazırlanan elektron peşə təhsil portalında müvafiq dərslərlə tanış olmaq mümkündür: “Bizim elektron resurs mərkəzində hər kəsi maraqlandıran peşə sahələri üzrə zəruri məlumatları əldə etmək mümkündür.
Portalın əsasını təşkil edən elektron kitabxanada tədris vəsaitlərinin onlayn versiyası ilə tanış olmaqla bərabər, kitablara əlavə edilmiş multimedia vəsaitləri - video, animasiya, qalereya və trenajorlarla da tanış olmaq olar”. Portalın “Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət proqramı (2007-2012-ci illər)” çərçivəsində yaradıldığını qeyd edən qurumdan vurğulanıb ki, proqramda distant təhsillə bağlı qarşıya müvafiq tapşırıqlar qoyulub.
Buraya əlavə peşə və qeyri-formal təhsil almaq üçün texniki bazanı formalaşdırmaq, yeni distant təhsil sisteminin mövcud peşə təhsili sisteminə tamamilə inteqrasiyasını təmin etmək, onu daha da təkmilləşdirmək və vətəndaşların fasiləsiz və ömür boyu məsafədən təhsil alma imkanlarını genişləndirmək, İKT-nin tətbiqi ilə peşə təhsilinin keyfiyyətini artırmaq, onlayn testləşdirmə və monitorinq sistemləri vasitəsilə bilik və bacarıqlarını qiymətləndirmək, valideyn, müəllim, məktəb rəhbərliyi tərəfindən aparılan elektron monitorinq sistemi vasitəsilə tədris prosesinin idarə olunmasını yüksəltmək daxildir.
Proqram həmçinin texniki peşə təhsilinin məzmunca müasir tələblər səviyyəsində yeniləşdirilməsi, texniki peşə təhsili sistemində təhsilin keyfiyyətinin idarə olunması üzrə tədbirlərin həyata keçirilməsi, səmərəli monitorinq və qiymətləndirilmə mexanizmlərinin hazırlanması və tətbiqi, texniki peşə müəssisələrində tədris prosesində müasir informasiya və kommunikasiya texnologiyalarının geniş istifadəsinə nail olunması, modul təhsili, məsafədən təhsil kimi müasir təhsil formalarından istifadə imkanlarının araşdırılması, onların real praktikada həyata keçirilməsi, mütərəqqi təhsil formalarından istifadə etməklə peşə təhsili sisteminin daha da təkmilləşdirilməsi və bu yolla işçilərin iş yerində təhsillərini davam etdirmələrinə şərait yaratmaqla ömür boyu təhsil imkanlarının genişləndirilməsi kimi tədbirləri əks etdirir.
HƏQİQƏT
Baxış sayı: 1546
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır