12px13px15px17px
Tarix:28/08/12

Smartfonlar daha populyardırlar

“Flurry Analytics” şirkətinin dərc etdiyi məlumat “Android” və “iOS” mobil platformalarının istifadəçilər arasında xeyli populyar olduğunu bir daha sübut edib. “Flurry” şirkətinin hesablamasına görə, hazırda smartfonlar fərdi kompyuterlərin 90-cı illərdəki populyarlığından 10 dəfə daha populyardırlar.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Flurry” şirkəti mobil bazarı son üç il ərzində  müşahidə etməklə belə qərara gəlib.

Bu şirkətin məlumatına əsasən, yalnız ötən ay ərzində dünyada “Android” və “iOS” əsasında işləyən təxminən 640 milyon yeni qurğu aktivləşdirilib.

"Bizim məlumatlarımıza əsasən, ABŞ-da bir il ərzində aktiv mobil qurğular bazarının həcmi təxminən 30 milyon, ÇXR-də (Çin Xalq Respublikası) 100 milyon artıb. ÇXR bazarı bu cür artım tempi ilə  artıq ABŞ-ı bu yeni ilədək ötəcək" – “Flurry” şirkətinin bəyanatında belə qeyd edilib.
 
EMİL




Baxış sayı: 1382

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024