Tarix:29/08/12
"ICTnews" elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, milli kurikulum əsasında hazırlanan "İnformatika" dərslik komplektinə "Dərslik" və "Müəllim üçün vəsait" daxildir. Sözügedən dərslikdə "İnformasiya", "Kompyuter", "Tətbiqi proqramlar", "Alqoritm və proqram", "İnternet" kimi bölmələr yer alıb. Dərslikdə hər mövzu üzrə olan materiallar xarakterinə görə müvafiq ardıcıllıqla yerləşdirilib.
Belə ki, maraq oyatma (motivasiya) üçün mövzunun tətbiqləri ilə bağlı maraqlı vəziyyət və hadisələr təsvir edilir, motivasiya yaradılır və suallarla yekunlaşır. Fəaliyyət üçün isə maraq yaradılan hadisələrin araşdırılmasına, bu hadisələrin səbəb-nəticə əlaqələrinin kəşf edilməsinə yönəlmiş tədqiqat xarakterli tapşırıqlar verilir.
Praktik dərslərdə fəaliyyət tapşırığı alqoritm şəklində təqdim olunur və hər bir addımın nəticəsi qeyd olunur. "Özümüzü qiymətləndirək" hissəsində tədris vahidində öyrənilənlərin tətbiqi ilə bağlı ümumiləşdirici sual və tapşırıqlar verilib: "Onlar summativ qiymətləndirməyə hazırlıq üçün də istifadə oluna bilər. "Biliklərin dərinləşdirilməsi" bölümündə əldə edilən bilikləri dərinləşdirmək üçün nümunələr və maraqlı məlumatlar verilir. "Araşdıraq-öyrənək" hissəsində isə mövzuda öyrənilənləri tamamlamaq, tətbiq etmək və onlara münasibət bildirmək məqsədi ilə verilən tapşırıqlardır və s".
Qeyd edək ki, ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün informatika dərsliyini pdf formatında "http://www.informatik.az/" saytının müvafiq səhifəsindən yükləmək mümkündür. Bu elektron resursda müəllimlər üçün informatikanın tədrisi ilə bağlı rəsmi dövlət sənədləri, siniflər üzrə tədris proqramları, informatika dərsliklərinin pdf versiyaları, test tapşırıqları, didaktik materiallar, müxtəlif mövzularla bağlı videodərslər və təqdimatlar, fənn olimpiadasına hazırlıq və s. məsələlər üzrə məlumatlar da yerləşdirilib.
HƏQİQƏT
Azərbaycanda ilk dəfə V siniflər yeni kurikulum əsasında hazırlanmış informatika dərsliyi ilə təmin ediləcəklər
Azərbaycanda bu il ilk dəfə olaraq 2012-2013-cü tədris ili üçün V sinif şagirdləri yeni kurikulum əsasında hazırlanmış dərsliklərlə təmin ediləcəklər. Ümumtәhsil mәktәblәrinin 5-ci sinifləri üçün informatika dərsliyinə gəlincə, bu vəsaitin həmmüəllifləri Ramin Mahmudzadə, İsmayıl Sadıqov və Naidə İsayevadır. Dərsliyin elmi redaktoru AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyevdir."ICTnews" elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, milli kurikulum əsasında hazırlanan "İnformatika" dərslik komplektinə "Dərslik" və "Müəllim üçün vəsait" daxildir. Sözügedən dərslikdə "İnformasiya", "Kompyuter", "Tətbiqi proqramlar", "Alqoritm və proqram", "İnternet" kimi bölmələr yer alıb. Dərslikdə hər mövzu üzrə olan materiallar xarakterinə görə müvafiq ardıcıllıqla yerləşdirilib.
Belə ki, maraq oyatma (motivasiya) üçün mövzunun tətbiqləri ilə bağlı maraqlı vəziyyət və hadisələr təsvir edilir, motivasiya yaradılır və suallarla yekunlaşır. Fəaliyyət üçün isə maraq yaradılan hadisələrin araşdırılmasına, bu hadisələrin səbəb-nəticə əlaqələrinin kəşf edilməsinə yönəlmiş tədqiqat xarakterli tapşırıqlar verilir.
Praktik dərslərdə fəaliyyət tapşırığı alqoritm şəklində təqdim olunur və hər bir addımın nəticəsi qeyd olunur. "Özümüzü qiymətləndirək" hissəsində tədris vahidində öyrənilənlərin tətbiqi ilə bağlı ümumiləşdirici sual və tapşırıqlar verilib: "Onlar summativ qiymətləndirməyə hazırlıq üçün də istifadə oluna bilər. "Biliklərin dərinləşdirilməsi" bölümündə əldə edilən bilikləri dərinləşdirmək üçün nümunələr və maraqlı məlumatlar verilir. "Araşdıraq-öyrənək" hissəsində isə mövzuda öyrənilənləri tamamlamaq, tətbiq etmək və onlara münasibət bildirmək məqsədi ilə verilən tapşırıqlardır və s".
Qeyd edək ki, ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün informatika dərsliyini pdf formatında "http://www.informatik.az/" saytının müvafiq səhifəsindən yükləmək mümkündür. Bu elektron resursda müəllimlər üçün informatikanın tədrisi ilə bağlı rəsmi dövlət sənədləri, siniflər üzrə tədris proqramları, informatika dərsliklərinin pdf versiyaları, test tapşırıqları, didaktik materiallar, müxtəlif mövzularla bağlı videodərslər və təqdimatlar, fənn olimpiadasına hazırlıq və s. məsələlər üzrə məlumatlar da yerləşdirilib.
HƏQİQƏT
Baxış sayı: 3313
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır