Tarix:30/08/12
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Xperia T” smartfonu 1,5 QHs takt tezliyində işləyən ikinüvəli prosessor və 4,6 düymlü ekranla təchiz edilib. Qurğu 13 meqapiksel kameraya malikdir. Aparatı satın almış şəxslər 60 gün ərzində “Sony Music Unlimited” musiqi xidmətindən pulsuz istifadə edə biləcəklər.
4,3 düymlü ekrana malik “Xperia V” smartfonu “LTE” şəbəkələrinə qoşula bilir. Smartfon sudan müdafiə sisteminə malikdir; onunla yağış altında belə danışmaq mümkündür.
4 düymlü ekrana malik “Xperia J” aparatlar arasında ən ucuzudur. Hər üç smartfon “NFC” texnologiyasını dəstəkləyir və onlara “Android 4.0” ƏS-i quraşdırılıb.
“Xperia Tablet S” 1 il əvvəl təqdim edilmiş “Tablet S” planşetinin yenidən işlənilmiş versiyasıdır. O, sələfi ilə müqayisədə daha nazik və yüngüldür, su sıçramalarına qarşı müdafiə sisteminə malikdir. Planşetin əsasını “Tegra 3” dördnüvəli platforması təşkil edir.
“VAIO Duo 11” qurğusu “Windows 8” ƏS-də işləyir, planşet və noutbukun hibrididir. Aparatın üzərində stilus da təqdim edilir.
“Sony” şirkəti, həmçinin sensor ekrana malik “Tap20” monoblokunu təqdim edib. O, vertikal vəziyyətdə stolüstü kompyuter, üfüqi vəziyyətdə isə planşet kimi istifadə oluna bilər.
EMİL
“Sony” üç işi birdən gördü
“Sony” şirkəti Berlində keçirilən “IFA” sərgisində “Xperia T”, “Xperia V” və “Xperia J” adlı üç smartfon, həmçinin üç planşet təqdim edib.“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Xperia T” smartfonu 1,5 QHs takt tezliyində işləyən ikinüvəli prosessor və 4,6 düymlü ekranla təchiz edilib. Qurğu 13 meqapiksel kameraya malikdir. Aparatı satın almış şəxslər 60 gün ərzində “Sony Music Unlimited” musiqi xidmətindən pulsuz istifadə edə biləcəklər.
4,3 düymlü ekrana malik “Xperia V” smartfonu “LTE” şəbəkələrinə qoşula bilir. Smartfon sudan müdafiə sisteminə malikdir; onunla yağış altında belə danışmaq mümkündür.
4 düymlü ekrana malik “Xperia J” aparatlar arasında ən ucuzudur. Hər üç smartfon “NFC” texnologiyasını dəstəkləyir və onlara “Android 4.0” ƏS-i quraşdırılıb.
“Xperia Tablet S” 1 il əvvəl təqdim edilmiş “Tablet S” planşetinin yenidən işlənilmiş versiyasıdır. O, sələfi ilə müqayisədə daha nazik və yüngüldür, su sıçramalarına qarşı müdafiə sisteminə malikdir. Planşetin əsasını “Tegra 3” dördnüvəli platforması təşkil edir.
“VAIO Duo 11” qurğusu “Windows 8” ƏS-də işləyir, planşet və noutbukun hibrididir. Aparatın üzərində stilus da təqdim edilir.
“Sony” şirkəti, həmçinin sensor ekrana malik “Tap20” monoblokunu təqdim edib. O, vertikal vəziyyətdə stolüstü kompyuter, üfüqi vəziyyətdə isə planşet kimi istifadə oluna bilər.
EMİL
Baxış sayı: 1202
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır