Tarix:30/08/12
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, interaktiv növlü hər iki elektron xidmət tam avtomatlaşdırılıb və ödənişsiz olaraq həyata keçirilir. Su borcunun öyrənilməsi üçün abonent su kodunu daxil edir. Bu zaman həmin abonentə aid su borcu, sayğac nömrəsi, sayğacın son göstəricisi və son göstərici oxunma tarixini özündə əks etdirən məlumat verilir.
Abonentlərin su borclarının internet vasitəsi ilə ödənilməsi xidməti Azərbaycan Respublikası Mərkəzi Bankının Kütləvi Ödənişlər üzrə Mərkəzləşmiş İnformasiya Sistemləri (KÖMİS) və “GoldenPay” MMC ilə birgə həyata keçirilir. Sözügedən elektron xidmət ödəmə əməliyyatı sorğusu sistemə daxil olunan kimi yerinə yetirilir və müraciət edən abonentin su borcunun internet üzərindən onlayn olaraq ödənilməsi təmin olunur.
CAHANGİR
Su borcunun internet vasitəsilə öyrənilməsi və ödənilməsi xidmətləri “Elektron hökumət” portalına inteqrasiya edilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dövlət orqanları tərəfindən təqdim olunan elektron xidmətlərin "Elektron Hökumət" Dövlət İnformasiya Sisteminə (EHDİS) inteqrasiyası işini davam etdirir. Belə ki, artıq “Azərsu” ASC-yə məxsus su borcunun internet vasitəsilə öyrənilməsi və ödənilməsi elektron xidmətləri də “http://www.ehdis.az/” portalına inteqrasiya edilib.“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, interaktiv növlü hər iki elektron xidmət tam avtomatlaşdırılıb və ödənişsiz olaraq həyata keçirilir. Su borcunun öyrənilməsi üçün abonent su kodunu daxil edir. Bu zaman həmin abonentə aid su borcu, sayğac nömrəsi, sayğacın son göstəricisi və son göstərici oxunma tarixini özündə əks etdirən məlumat verilir.
Abonentlərin su borclarının internet vasitəsi ilə ödənilməsi xidməti Azərbaycan Respublikası Mərkəzi Bankının Kütləvi Ödənişlər üzrə Mərkəzləşmiş İnformasiya Sistemləri (KÖMİS) və “GoldenPay” MMC ilə birgə həyata keçirilir. Sözügedən elektron xidmət ödəmə əməliyyatı sorğusu sistemə daxil olunan kimi yerinə yetirilir və müraciət edən abonentin su borcunun internet üzərindən onlayn olaraq ödənilməsi təmin olunur.
CAHANGİR
Baxış sayı: 18194
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib