12px13px15px17px
Tarix:31/08/12

“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilib

Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyev "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"də dəyişikliklərin edilməsi barədə fərman imzalayıb. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, fərmanda Əsasnaməyə 11.7-ci və 11.8-ci bəndlər əlavə edilməsi bildirilir. Əlavə olunacaq bəndlər bunlardır:

"11.7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi – avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqavilələri üzrə sığortalı Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyət vəsiqələri, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq hüququnu təsdiq edən sənədlər üzrə məlumatlar;

11.8. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi – daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı şəxslərin ərizələrindəki şəxsiyyət vəsiqələri üzrə məlumatlar".


SEYMUR




Baxış sayı: 1102

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024