12px13px15px17px
Tarix:31/08/12

İnformatika dərslikləri əsasında “Ən yaxşı videotədris resursu” üzrə müsabiqəyə sentyabrın sonunda yekun vurulacaq

“Bakı” nəşriyyatı və AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) elan etdiyi ümumi təhsil məktəbləri üçün “İnformatika” dərslikləri əsasında hazırlanmış “Ən yaxşı videotədris resursu” üzrə müsabiqəyə 2012-ci ilin sentyabr ayının sonunda yekun vurulacaq. Müsabiqədə 1-ci, 2-ci və 3-cü yerləri tutan müəllimlərə diplom və qiymətli hədiyyələr təqdim olunacaq. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “Bakı” nəşriyyatından məlumat verilib.

Nəşriyyatdan bildirilib ki, müsabiqə şərtlərinə görə, videodərsləri “Camtasia studio”, “UV ScreenCamera”, “Jing”, “Wink”, “Tipkan”, “Total Screen Recorder”, “VirtualDub” proqramlarının birindən istifadə etməklə hazırlamaq tövsiyə edilir.

Hazırlanmış videomaterial MPEG  və ya  FLV formatında “informatik-az@mail.ru” ünvanına göndərilməlidir. Dərslər “http://www.informatik.az/” saytında yerləşdiriləcək: “Əlavə məlumat üçün “informatik-az@mail.ru” ünvanına müraciət etmək olar”. Qeyd edək ki, müsabiqənin təşkilat komitəsinin rəhbərliyinə Rasim Əliquliyev, Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Zaur İsayev daxildir.
 
HƏQİQƏT




Baxış sayı: 1527

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024