12px13px15px17px
Tarix:03/09/12

Kəndlərə fasiləsiz və sürətli internet xətləri çəkilir

Bərdənin kənd şəbəkəsinin texniki imkanları şəhər şəbəkəsinin imkanlarına yaxınlaşır. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Bərdə TKQ-nın rəisi Nazim Şirinov məlumat verib. Onun sözlərinə görə, ötən bir il ərzində Bərdə rayonunun 15 kəndinə genişzolaqlı sürətli internet xətti çəkilib.

“Vətəndaşların internetdən istifadə imkanları iki dəfə artıb. Biz daha yaxşı xidmət göstərmək üçün imkanlarımızı artırmışıq” - deyə Şirinov bildirib. O, rayonda “aztelekom.net” internet provayderi ilə yanaşı, digər internet provayderlərinə də bərabər şərait yaradıldığını bildirib.

N.Şirinov daha sonra əlavə edib ki, bütün işlərə paralel olaraq kəndlərdə “hər ev üçün telefon” kampaniyası davam edir.




RƏVAN




Baxış sayı: 1386

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024