Tarix:04/09/12
Onun sözlərinə görə, yalnız bu halda 2 məsələni həll etmək mümkündür: iqtisadiyyatın diversifikasiyasını təmin etmək və perspektivdə xammal asılılığından azad olmaq. “Buna yalnız yüksək texnologiyaları dirçəltməklə nail olmaq olar. 20 il ərzində dünyada texnologiyaların inkişafında çox böyük tərəqqi əldə olunub, elm sürətlə inkişaf edib və yalnız qabaqcıl mövqe tutmaqla iqtisadiyyatı və elmi dirçəldə bilərik”.
Qeyd edək ki, Jores Alfyorov bu yaxınlarda Rusiyanın Təhsil və Elm Nazirliyi nəzdindəki İctimai Şuranın sədri seçilib. İclasda Təhsil və elm naziri Dmitri Livanov bildirib ki, J.Alfyorov Rusiyada çalışan və təhsil sahəsinə böyük töhfələr verən yeganə “Nobel” mükafatçısıdır: “Məhz alimin gərgin əməyi və səyi sayəsində Rusiyanın yeni intellektual elitasının formalaşmasında mühüm rol oynayan Peterburq Akademik Universiteti yaradılıb. Bu insan həqiqətən də təhsil sahəsində yüksək elmi nailiyyətlər əldə etmiş, uğurlu layihələrin həyata keçirilməsi ilə bağlı böyük təcrübəyə malikdir”.
J.Alfyorovun tədqiqatları informatikanın inkişafında mühüm rol oynayır. Hazırda alim Akademik Universitetin rektoru və təşkilatçısıdır.
“Nobel” mükafatı laureatı Jores Alfyorov: “Elm və təhsilin prioritet vəzifəsi yüksək texnologiyaları inkişaf etdirməkdir”
“Nobel” mükafatı laureatı məşhur fizik Jores Alfyorov yüksək texnologiyaların inkişaf etdirilməsini elm və təhsilin prioritet vəzifəsi hesab edir. “http://www.itar-tass.com/” saytının məlumatına görə, bu haqda o, Rusiyanın Təhsil və Elm Nazirliyi nəzdindəki İctimai Şuranın iclasında bildirib. “Bu gün ölkədə daha mühüm vəzifələrdən biri elm və təhsilin inkişafıdır. Biz hər iki sahəni dünya səviyyəsinə qaldırmalıyıq”.Onun sözlərinə görə, yalnız bu halda 2 məsələni həll etmək mümkündür: iqtisadiyyatın diversifikasiyasını təmin etmək və perspektivdə xammal asılılığından azad olmaq. “Buna yalnız yüksək texnologiyaları dirçəltməklə nail olmaq olar. 20 il ərzində dünyada texnologiyaların inkişafında çox böyük tərəqqi əldə olunub, elm sürətlə inkişaf edib və yalnız qabaqcıl mövqe tutmaqla iqtisadiyyatı və elmi dirçəldə bilərik”.
Qeyd edək ki, Jores Alfyorov bu yaxınlarda Rusiyanın Təhsil və Elm Nazirliyi nəzdindəki İctimai Şuranın sədri seçilib. İclasda Təhsil və elm naziri Dmitri Livanov bildirib ki, J.Alfyorov Rusiyada çalışan və təhsil sahəsinə böyük töhfələr verən yeganə “Nobel” mükafatçısıdır: “Məhz alimin gərgin əməyi və səyi sayəsində Rusiyanın yeni intellektual elitasının formalaşmasında mühüm rol oynayan Peterburq Akademik Universiteti yaradılıb. Bu insan həqiqətən də təhsil sahəsində yüksək elmi nailiyyətlər əldə etmiş, uğurlu layihələrin həyata keçirilməsi ilə bağlı böyük təcrübəyə malikdir”.
J.Alfyorovun tədqiqatları informatikanın inkişafında mühüm rol oynayır. Hazırda alim Akademik Universitetin rektoru və təşkilatçısıdır.
Baxış sayı: 1201
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır