Tarix:05/09/12
Çin nümayəndə heyəti Azərbaycanda kosmik sənayenin formalaşdırılması və inkişafı istiqamətində görülən işlər, hazırkı və gələcək peyk layihələri barədə, habelə "Azərkosmos" ASC-nin fəaliyyət göstərdiyi qısa müddət ərzində kosmik sənaye üzrə aparıcı xarici şirkətlər və maliyyə təsisatları ilə sıx əməkdaşlıq qurması barədə məlumatlandırılmış, 2013-cü ilin əvvəlində orbitə buraxılacaq "Azerspace-1" telekommunikasiya peykinin imkanları və xidmətləri ilə tanış edilmişlər.
Görüşdə Çin Kosmik Texnologiyalar Akademiyasının rəhbərliyi və digər nümayəndələr "Azərkosmos" ASC ilə gələcək əməkdaşlığa dair bir sıra təkliflər səsləndirmiş və bu əməkdaşlıq çərçivəsində "Azərkosmos" ASC tərəfindən irəli sürüləcək bütün təkliflərə müsbət baxacaqlarını bildirərək, regionda aparıcı ölkə olan Azərbaycanla sıx siyasi-iqtisadi əlaqələr qurmaqda, xüsusilə də kosmik sahə üzrə "Azərkosmos" ASC ilə iş aparmaqda maraqlı olduqlarını bəyan etdilər.
Görüşdə həmçinin kosmik sahə üzrə ölkəmizdə insan ehtiyatlarının və kadr potensialının inkişaf etdirilməsi məqsədilə Çin Kosmik Texnologiyalar Akademiyasının "Azərkosmos" ASC ilə təcrübə mübadiləsində iştirak etməsi təklif olundu və "Azərkosmos" ASC-nin əməkdaşlarının Çində aşağıorbitli peyklər üzrə müxtəlif ixtisasartırma təlimlərində iştirak etməsi barədə razılıq əldə olundu.
Sentyabrın 7-nə qədər davam edəcək səfər çərçivəsində Çin nümayəndə heyəti ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, habelə Müdafiə Sənayesi Nazirliyində görüşlərin keçirilməsi nəzərdə tutulub.
RƏVAN
Çin Kosmik Texnologiyalar Akademiyasının nümayəndələri ilə “Azərkosmos” ASC-də görüş keçirilib
Ölkəmizdə səfərdə olan Çin Kosmik Texnologiyalar Akademiyasının rəhbərliyi və bir sıra Çin şirkətlərini təmsil edən iş adamlarından ibarət nümayəndə heyəti ilə "Azərkosmos" ASC-də geniştərkibli görüş keçirilmişdir. Görüşdə Çin Kosmik Texnologiyalar Akademiyası ilə "Azərkosmos" ASC arasında gələcək əməkdaşlıq perspektivlərinə dair geniş müzakirələr aparılmış, real əməkdaşlıq imkanlarına dair müəyyən istiqamətlərlə bağlı fikir mübadiləsi edilib.Çin nümayəndə heyəti Azərbaycanda kosmik sənayenin formalaşdırılması və inkişafı istiqamətində görülən işlər, hazırkı və gələcək peyk layihələri barədə, habelə "Azərkosmos" ASC-nin fəaliyyət göstərdiyi qısa müddət ərzində kosmik sənaye üzrə aparıcı xarici şirkətlər və maliyyə təsisatları ilə sıx əməkdaşlıq qurması barədə məlumatlandırılmış, 2013-cü ilin əvvəlində orbitə buraxılacaq "Azerspace-1" telekommunikasiya peykinin imkanları və xidmətləri ilə tanış edilmişlər.
Görüşdə Çin Kosmik Texnologiyalar Akademiyasının rəhbərliyi və digər nümayəndələr "Azərkosmos" ASC ilə gələcək əməkdaşlığa dair bir sıra təkliflər səsləndirmiş və bu əməkdaşlıq çərçivəsində "Azərkosmos" ASC tərəfindən irəli sürüləcək bütün təkliflərə müsbət baxacaqlarını bildirərək, regionda aparıcı ölkə olan Azərbaycanla sıx siyasi-iqtisadi əlaqələr qurmaqda, xüsusilə də kosmik sahə üzrə "Azərkosmos" ASC ilə iş aparmaqda maraqlı olduqlarını bəyan etdilər.
Görüşdə həmçinin kosmik sahə üzrə ölkəmizdə insan ehtiyatlarının və kadr potensialının inkişaf etdirilməsi məqsədilə Çin Kosmik Texnologiyalar Akademiyasının "Azərkosmos" ASC ilə təcrübə mübadiləsində iştirak etməsi təklif olundu və "Azərkosmos" ASC-nin əməkdaşlarının Çində aşağıorbitli peyklər üzrə müxtəlif ixtisasartırma təlimlərində iştirak etməsi barədə razılıq əldə olundu.
Sentyabrın 7-nə qədər davam edəcək səfər çərçivəsində Çin nümayəndə heyəti ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində, habelə Müdafiə Sənayesi Nazirliyində görüşlərin keçirilməsi nəzərdə tutulub.
RƏVAN
Baxış sayı: 1431
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı