Tarix:05/09/12
Öncə S.Aktaş “AzScienceNet” elm kompyuter şəbəkəsinin İdarəetmə Mərkəzi, Tədris-İnnovasiya və Distant Tədris mərkəzləri ilə tanış oldu. Qonağa institutun fəaliyyəti, maddi-texniki bazası, burada aparılan elmi-tədqiqat işləri və innovativ layihələr haqda ətraflı məlumat verilib.
Azərbaycan elmi sferası ilə “Springer” arasında institutun əlaqələndirici rolundan danışan professor Rasim Əliquliyev Azərbaycan alimlərinin fəaliyyətinin, aparılan elmi tədqiqatların dünya elmi ictimaiyyətində tanınması baxımından bu kimi bazaların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
S.Aktaş 1842-ci ildən fəaliyyət göstərən “Springer”in hazırda dünya üzrə elm, texnologiya və tibb sahəsində ən çox kitab yayımlayan nəşriyyat evi olduğunu bildirib. O qeyd edib ki, şirkət hər il 12 müxtəlif elmi istiqamətdə 1 900-dən çox jurnal və 3 500-dən çox kitab nəşr edir. Hazırda “Springer”in bazasında 4 milyondan çox elmi mənbə mövcuddur.
Görüşdə həmçinin “Springer”lə AMEA İTİ arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin fəaliyyət planının hazırlanması istiqamətində geniş müzakirələr aparıldı, müvafiq qərarlar qəbul edildi. Elmi bazada çap olunan məqalələrə qoyulan tələblər və Azərbaycanda bu mövzuda treninqlərin keçirilməsinin zəruriliyindən danışılıb.
Bildirilib ki, əsas məsələlərdən biri AMEA-nın institut və təşkilatlarının “Springer”in bütün arxiv və nəşrlərinə (elmi jurnallar, kitablar, konfrans materialları və s.) onlayn çıxışı və onlardan səmərəli istifadəsinin təmin olunmasıdır.
İnformasiya Texnologiyaları İnstitutu Almaniyanın “Springer” elmi bazası ilə əməkdaşlığı genişləndirmək istəyir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) Almaniyanın “Springer” beynəlxalq elmi bazasının Türkiyə, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə meneceri Sıtkı Aktaş ilə görüş keçirilib. Məqsəd AMEA ilə “Springer” arasında əməkdaşlıq çərçivəsində imzalanmış müqavilədən irəli gələn vəzifələri, görüləcək işləri müzakirə etmək olub.Öncə S.Aktaş “AzScienceNet” elm kompyuter şəbəkəsinin İdarəetmə Mərkəzi, Tədris-İnnovasiya və Distant Tədris mərkəzləri ilə tanış oldu. Qonağa institutun fəaliyyəti, maddi-texniki bazası, burada aparılan elmi-tədqiqat işləri və innovativ layihələr haqda ətraflı məlumat verilib.
Azərbaycan elmi sferası ilə “Springer” arasında institutun əlaqələndirici rolundan danışan professor Rasim Əliquliyev Azərbaycan alimlərinin fəaliyyətinin, aparılan elmi tədqiqatların dünya elmi ictimaiyyətində tanınması baxımından bu kimi bazaların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
S.Aktaş 1842-ci ildən fəaliyyət göstərən “Springer”in hazırda dünya üzrə elm, texnologiya və tibb sahəsində ən çox kitab yayımlayan nəşriyyat evi olduğunu bildirib. O qeyd edib ki, şirkət hər il 12 müxtəlif elmi istiqamətdə 1 900-dən çox jurnal və 3 500-dən çox kitab nəşr edir. Hazırda “Springer”in bazasında 4 milyondan çox elmi mənbə mövcuddur.
Görüşdə həmçinin “Springer”lə AMEA İTİ arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin fəaliyyət planının hazırlanması istiqamətində geniş müzakirələr aparıldı, müvafiq qərarlar qəbul edildi. Elmi bazada çap olunan məqalələrə qoyulan tələblər və Azərbaycanda bu mövzuda treninqlərin keçirilməsinin zəruriliyindən danışılıb.
Bildirilib ki, əsas məsələlərdən biri AMEA-nın institut və təşkilatlarının “Springer”in bütün arxiv və nəşrlərinə (elmi jurnallar, kitablar, konfrans materialları və s.) onlayn çıxışı və onlardan səmərəli istifadəsinin təmin olunmasıdır.
Baxış sayı: 1564
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır