12px13px15px17px
Tarix:06/09/12

Yarımkeçirici məhsul satışlarının həcmi 24,4 milyard dollar təşkil edib

Yarımkeçiricilər Sənayesi Assosiasiyası (SIA) bildirib ki, 2012-ci ilin iyul ayının nəticəsinə görə yarımkeçirici məhsul satışlarının həcmi 24,4 milyard dollar təşkil edib. Bu göstərici iyun ayında qeydə alınmış göstəricidən 0,2 faiz çoxdur. Bununla belə, illik təxminən 2 faiz azalma qeydə alınıb. Belə ki, 2011-ci ilin iyulunda satışların həcmi 24,86 milyard dollar təşkil etmişdi.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, "2012-ci ilin iyuluna olan məlumata əsasən, tələbatın bərpa olunmasını söyləmək olar, lakin eyni zamanda makroiqtisadi problemlər artıma mane olan əsas səbəblərdəndir" -  “SIA”-nın prezidenti Brayen Tui bildirib.

Onun sözlərinə görə, yarımkeçirici məhsulun satışları üzrə regional proqnozlar qaranlıq olaraq qalır: Yaponiyada yarımkeçirici sahə ötən il baş vermiş təbii qəzadan sonra bərpa olub, lakin digər tərəfdən Avropa və Amerikada bu sahədə azalma müşahidə olunur.
 


EMİL




Baxış sayı: 1180

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024