12px13px15px17px
Tarix:06/09/12

“SAZZ 4G” yeni satış sisteminin tətbiqinə start verir

"SAZZ 4G" genişzolaqlı simsiz limitsiz internet xidməti sentyabrın 6-dan etibarən yeni satış sistemini tətbiq etməyə başlayır. Standart qiymətlərə əsaslanan adi satışlarla müştərilərə müxtəlif sərfəli paketlər təklif olunacaq. Bundan əlavə, şirkət satışda olan "İX 350" stasionar modemin qiymətində ciddi endirim edir, eləcə də yeni "İX 380" stasionar modemini satışa çıxarır.

"ICTnews" elektron xəbər xidmətinin şirkətə istinadən verdiyi məlumata  görə, yeni satış sistemi çərçivəsində şirkət müxtəlif endirim paketlərini təqdim edəcək. Bu paketlərdən faydalanan müştərilər çox əlverişli şərtlərlə həm "SAZZ" abunəçisi ola biləcək, həm də onlara lazım olan qurğu və avadanlıqları endirimli qiymətlərlə əldə etmək imkanına sahib olacaqlar. Bundan əlavə şirkət tərəfindən mövcud müştərilər üçün də sərfəli təklif edilir. Artıq 4 aylıq abunə haqqını birdəfəlik ödəyən abunəçilərə "SAZZ" internetdən 1 ay əlavə internet vaxtı təqdim ediləcək."SAZZ 4G" internetin yeni satış sisteminə beş paket təqdim edib.

Qiyməti 60 manat olan birinci paketə pulsuz qoşulma, bir aylıq abunə haqqı və endirimli qiyməti ilə "AX326 USB" modemi daxildir. Paket yalnız yeni müştərilər üçündür.75 manatlıq ikinci paketə pulsuz qoşulma və üç aylıq abunə haqqı ilə bərabər endirimli qiymətlə "AX326 USB" modemi daxildir.

Dəyəri 110 manat olan üçüncü paketə isə 3 aylıq abunə haqqı ilə "AX326 USB" modem və "MF10" routeri daxildir. Bu paket də yalnız yeni müştərilərə şamil edilir.

 Mövcud müştərilər üçün nəzərdə tutulan 85 manatlıq paketə 2 aylıq abunə haqqı ilə bərabər "MF 10" routeri daxildir. Bundan əlavə, qeyd etdiyimiz kimi, mövcud müştərilər 4 aylıq abunə haqqını ödədikdə 1 ay əlavə pulsuz internet əldə edəcəklər.

 Stasionar modemlərə gəlincə, daha əvvəl 160 manata satışda olan "İX350" modemin qiyməti 110 manata endirilib. Bu modemlə yanaşı, "İX 380" model stasionar "WiMAX Wi-Fi" mərkəzi də satışda olacaq. Yeni modemin qiyməti 120 manat təşkil edir.

 Bütün sadalanan paket və təkliflərdən "SAZZ 4G" internetin Süleyman Rüstəm küçəsi 9 ünvanında yerləşən baş ofisində və bütün "SAZZ 4G" internet satış nöqtələrində faydalanmaq mümkün olacaq.
 
CAHANGİR




Baxış sayı: 1472

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024