12px13px15px17px
Tarix:07/09/12

Dilmanc rus dilindən də tərcümə edir

Dilmanc onlayn lüğətlər sisteminə Azərbaycan-ingilis və Azərbaycan-rus istiqamətləri əlavə edilib. "ICTnews" elektron xəbər xidmətinin "dilmanc.az"a istinadən verdiyi məlumata görə, bu lüğətlər sistemində tərcümə yalnız iki istiqamətdə - rus-Azərbaycan və ingilis-Azərbaycan istiqamətlərində aparılırdı.

Yeni lüğətlərdə də əvvəlki lüğətlərdə olduğu kimi, yalnız sözlərin kökləri deyil, bütün söz formaları üzrə axtarış aparmaq olar. Həmçinin, yeni lüğətlərdə də istənilən söz birləşməsini və ya bütöv cümləni sözbəsöz tərcümə etmək imkanı verilib. Lüğətlərin söz bazaları da yenilənib.

Qeyd edək ki, Dilmanc onlayn lüğətlər sisteminin rus-Azərbaycan və ingilis-Azərbaycan tərcümə modulları bu ilin əvvəlində istifadəyə verilib. Başqa elektron lüğətlərdən fərqli olaraq bu lüğətlər vasitəsilə yalnız sözlərin köklərini deyil, həm də söz-formaları tərcümə etmək mümkündür.

Lüğətlər sistemi "http://dict.dilmanc.az/" internet ünvanında təqdim olunur.Lüğətlərin təkmilləşdirilməsi və yeni tərcümə istiqamətlərinin yaradılması üzrə işlər davam etdirilir.
 
CAHANGİR




Baxış sayı: 2361

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024