12px13px15px17px
Tarix:07/09/12

Afrika ölkələri öz kosmik agentliyini yaradacaq

Afrika ölkələri havasız fəzanın mənimsənilməsində tanınmış liderlərdən asılı olmamaq üçün öz kosmik agentliyini yaradacaq. Afrika İttifaqı ölkələrinin rabitə nazirləri Sudanın paytaxtında keçirilmiş müşavirədə belə qərara gəliblər.

"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, "Afrika öz kosmik agentliyinə malik olmalıdır" – Sudanın prezidenti Ömər əl-Bəşir bildirib.

Qeyd edək ki, Afrika ölkələri 20 il bundan əvvəl regional struktur – Hökumətlərarası ticarət agentliyi yaratmışdı. O, 2007-ci ildə orbitə rabitə peyki buraxdı. 3 ildən sonra genişzolaqlı rabitə, telefoniya, radio və televiziya siqnalının bütün qitə üzrə ötürülməsini təmin edən digər peyk orbitə buraxılıb.
Sənəddə qeyd edilib ki, hazırda Afrikada genişzolaqlı internetə tələbat artır.
 


EMİL




Baxış sayı: 1165

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024