12px13px15px17px
Tarix:07/09/12

4 yaşlı “Chrome”

“Chrome” internet-brauzeri 2008-ci ilin sentyabrında istifadəyə verilib. “Google” şirkəti 4 il ərzində brauzerini xeyli təkmilləşdirib və o, hazırda “Ümumdünya Hörümçək Toru”nda ən populyar brauzerdir.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “Google” korporasiyası “Chrome” brauzerinin 4 yaşı münasibəti ilə onun tarixini yaranandan müasir günə kimi izləməyə imkan verən virtual "zaman maşını" təqdim edib.

"Biz Chrome brauzerini 4 il bundan əvvəl istifadəyə verdikdə insanların əksəriyyəti internetə fərdi kompyuter vasitəsilə daxil olurdu" – “Google” şirkətinin “Chrome” və tətbiqlər üzrə baş vitse-prezidenti Sandar Piçay xatırlayıb. "Biz o zaman Qlobal şəbəkəni yaxşılaşdırmaq üçün (onu daha sürətli, daha sadə və qorunan etmək üçün) əlimizdən gələn hər şeyi etmək istəyirdik".

Hazırda insanlar internetə müxtəlif qurğular vasitəsilə daxil olurlar. “Google” şirkəti isə “Chrome” brauzerini hazırlayan zaman bunu  nəzərə almamışdı. Şirkət hazırda brauzerin müxtəlif aparat və platformalarda eyni cür yaxşı işləməsi istiqamətində çalışır.
 
EMİL




Baxış sayı: 1299

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024