Tarix:07/09/12
Qurumdan bildirilib ki, görüş sentyabr ayının 10-u, saat 16:00-da baş tutacaq: "Görüşün məzmunu "Azərbaycanda İnformasiya Texnologiyaları: "Azərbaycan 2020- Gələcək İnkişaf" konsepsiyasına nəzərən mövcud vəziyyət və gələcək inkişaf perspektivləri’nin müzakirəsindən ibarət olacaq. Tədbirin əsas məqsədi hökumətin İT sektorunda inkişafı təşviq etmək üçün atdığı addımlar haqqında palata üzvlərinə ətraflı məlumat vermək, habelə, özəl biznes sektoru ilə dövlət strukturu arasında açıq müzakirələr aparmaq üçün fürsət yaratmaqdır".
Qeyd edək ki, Azərbaycanda Amerika Ticarət Palatası biznes maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya biznes assosiasiyasıdır. 1996-cı ildə yaradılan "AmCham" Azərbaycanın bütün sektorlarında fəaliyyət göstərən 240 tam üzv və müxbir üzvü özündə birləşdirir: "Biz Azərbaycanda bütün xarici investisiyaların 80 faizini və yerli investisiyaların əhəmiyyətli hissəsini təmsil edirik.
Bizim sahə komitələri vasitəsilə üzvlərimiz məlumat mübadiləsi aparmaq, ümumi maraq doğuran məsələlər qaldırmaq və mümkün həllər təklif etmək imkanı alır. "AmCham" üzvləri, şirkətləri və təşkilatları üçün Azərbaycanda və ABŞ-da geniş biznes məlumatı və əlaqələr şəbəkəsinə çıxış imkanı təmin edilir".
HƏQİQƏT
“Azərbaycanda İnformasiya Texnologiyaları: “Azərbaycan 2020- Gələcək İnkişaf” mövzusunda müzakirələr aparılacaq
Amerika Ticarət Palatasının dəstəyi ilə (AmCham) "Mariot Abşeron" otelində "Azərbaycanda İnformasiya Texnologiyaları: "Azərbaycan 2020- Gələcək İnkişaf" mövzusunda müzakirələr aparılacaq. Bu tədbirdə "AmCham"ın üzv şirkətlərinin rəhbərləri və əməkdaşları iştirak edəcək. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Amerika Ticarət Palatasından məlumat verilib.Qurumdan bildirilib ki, görüş sentyabr ayının 10-u, saat 16:00-da baş tutacaq: "Görüşün məzmunu "Azərbaycanda İnformasiya Texnologiyaları: "Azərbaycan 2020- Gələcək İnkişaf" konsepsiyasına nəzərən mövcud vəziyyət və gələcək inkişaf perspektivləri’nin müzakirəsindən ibarət olacaq. Tədbirin əsas məqsədi hökumətin İT sektorunda inkişafı təşviq etmək üçün atdığı addımlar haqqında palata üzvlərinə ətraflı məlumat vermək, habelə, özəl biznes sektoru ilə dövlət strukturu arasında açıq müzakirələr aparmaq üçün fürsət yaratmaqdır".
Qeyd edək ki, Azərbaycanda Amerika Ticarət Palatası biznes maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya biznes assosiasiyasıdır. 1996-cı ildə yaradılan "AmCham" Azərbaycanın bütün sektorlarında fəaliyyət göstərən 240 tam üzv və müxbir üzvü özündə birləşdirir: "Biz Azərbaycanda bütün xarici investisiyaların 80 faizini və yerli investisiyaların əhəmiyyətli hissəsini təmsil edirik.
Bizim sahə komitələri vasitəsilə üzvlərimiz məlumat mübadiləsi aparmaq, ümumi maraq doğuran məsələlər qaldırmaq və mümkün həllər təklif etmək imkanı alır. "AmCham" üzvləri, şirkətləri və təşkilatları üçün Azərbaycanda və ABŞ-da geniş biznes məlumatı və əlaqələr şəbəkəsinə çıxış imkanı təmin edilir".
HƏQİQƏT
Baxış sayı: 1405
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır