12px13px15px17px
Tarix:07/09/12

“Bakcell” daha bir diler mağazası istifadəyə verib

“Bakcell” şirkəti  daha bir diler mağazasını istifadəyə verib. “Wentto telecom” adlı diler mağazası bir çox özəllikləri ilə fərqlənir. Mağazada yeni telefon modelləri, aksesuarlar, noutbuklar geniş çeşiddə təklif olunur. Mühüm özəllik isə elektron nömrə seçmə imkanının olmasıdır.

Belə ki, müştərilər elektron nömrə tablosu vasitəsilə rahatlıqla mövcud nömrələri axtara və qiymətlərini öyrənə bilərlər. “Wentto telecom” diler mağazasında həmçinin “Bakcell”in müştəri xidmətləri də fəaliyyət göstərir. Artıq müştərilər həm istədikləri məhsulları əldə edəcək, həm də “Bakcell”ə bağlı istənilən suala mağazadan çıxmadan cavab tapa biləcəklər.

Cari ilin sonunadək isə “Wentto telecom” daha bir mağazasını istifadəyə verəcək. Mağaza yeni tədris ili ərəfəsində tələbələr üçün sərfəli kampaniyalar da keçirir. Belə ki, 20 sentyabrdan başlayaraq tələbələr yalnız tələbə bileti və şəxsiyyət vəsiqəsilə ilkin ödənişsiz uzunmüddətli kreditlə arzu etdikləri məhsulları ala biləcəklər.




Baxış sayı: 1302

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024