Tarix:10/09/12
Qeyd edək ki, 6 aydan artıq fəaliyyətə başlayan “İnformatika müəllimləri” qrupunun hazırda 600 nəfərə yaxın üzvü var. Qrupda informatika fənninin ən aktual problemlərinin, eləcə də tətbiqi nəzərdə tutulan yeniliklərin müzakirəsində müəllimlərlə yanaşı, İT sahəsində mütəxəssislər də iştirak edə bilərlər.
HƏQİQƏT
“İnformatika müəllimləri” qrupu sosial şəbəkədə “İnformatika” dərsliklərini müzakirə edir
“Facebook” sosial şəbəkəsində fəaliyyət göstərən Azərbaycanın “İnformatika müəllimləri” qrupu yeni dərs ili ərəfəsində “İnformatika” dərsliklərini internetdə müzakirəyə çıxarıb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən qrup rəhbərliyindən bildirilib ki, hazırda sözügedən şəbəkədə “Bakı” nəşriyyatında Ramin Mahmudzadə, İsmayıl Sadıqov və Naidə İsayevanın həmmüəllifliyi ilə yeni kurikulum əsasında hazırlanmış 1 və 5-ci siniflər üçün “İnformatika” dərsliklərinin müzakirəsi davam edir: “Dərsliklərin PDF formatını sərbəst yükləmək imkanı olan müəllimlər bu kitabların çap variantlarını gözləmədən dərs başlayana kimi dərsliklərlə yaxından tanış olur, yeni mövzuların metodikası ilə bağlı fikirlərini bölüşürlər”.Qeyd edək ki, 6 aydan artıq fəaliyyətə başlayan “İnformatika müəllimləri” qrupunun hazırda 600 nəfərə yaxın üzvü var. Qrupda informatika fənninin ən aktual problemlərinin, eləcə də tətbiqi nəzərdə tutulan yeniliklərin müzakirəsində müəllimlərlə yanaşı, İT sahəsində mütəxəssislər də iştirak edə bilərlər.
HƏQİQƏT
Baxış sayı: 1730
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır