12px13px15px17px
Tarix:10/09/12

www.icazeler.gov.az” portalının xidmətlərindən 32 minə yaxın internet istifadəçisi yararlanıb

İqtisadi İnkişaf Nazirliyi tərəfindən ölkə vətəndaşlarının, eləcə də sahibkarların icazələrlə bağlı məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə yaradılmış “http://www.icazeler.gov.az/” portalını avqust ayında 8 minə yaxın internet istifadəçisi ziyarət edib. İnternet istifadəçilərinin 300-dən çoxu ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Avstriya, Rusiya, Koreya, Türkiyə, İsveçrə, Belçika, Norveç, İrlandiya, İspaniya kimi ölkələrdəndir. Ümumilikdə isə, indiyədək portalın fəaliyyətindən 32 minə yaxın internet istifadəçisi yararlanıb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, sahibkarların məlumatlılıq səviyyəsini artırmaq, qanunvericilik aktlarının hazırlanması prosesində onların yaxından iştirakını təmin etmək məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarının qanunvericilik aktlarının layihəsi icazələrin elektron informasiya portalında yerləşdirilir.

Qeyd edək ki, internet istifadəçiləri tərəfindən maraqla izlənilən “http://www.icazeler.gov.az/” portalı icazəverici sənədlər, onların alınması prosedurları, təqdim edilməli sənədlər barədə sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər və fəaliyyətini genişləndirmək istəyən iş adamları üçün vahid informasiya mənbəyidir.
 
HƏQİQƏT




Baxış sayı: 1373

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024