12px13px15px17px
Tarix:11/09/12

İnternet hüququ ilə bağlı normaların düzgün implementasiyası və ya tətbiqinə xüsusi yer ayrılan kitab nəşr olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Avropaya İnteqrasiya Mərkəzi İctimai Birliyinin (AİM) “Ali məktəblərdə jurnalistika təhsilinin və informasiya-kommunikasiya strategiyalarının inkişafına dair hüquqi təşəbbüslər” adlı layihəsi çərçivəsində “Beynəlxalq hüquq və Azərbaycan Respublikasının media qanunvericiliyi” kitabı nəşr olunub.

“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, adıçəkilən kitab Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün dərs vəsaiti kimi təsdiq edilib. Kitabda beynəlxalq media hüququnun aktual problemləri araşdırılıb, ölkəmizin KİV qanunvericiliyi müasir beynəlxalq hüquq normaları ilə qarşılıqlı əlaqəsi müqayisəli şəkildə tədqiq edilib, Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməklə, informasiyanın əldə olunması, ötürülməsi, diffamasiya, internet hüququ ilə bağlı normaların düzgün implementasiyası və ya tətbiqinə xüsusi yer ayrılıb. Dərs vəsaitində ifadə azadlığı üzrə beynəlxalq təşkilatların norma və tövsiyələri şərh olunmuş, xarici ölkələrin media hüququ ilə bağlı bəzi zəruri məqamlara toxunulub.

AMEA-nın Fəlsəfə, Hüquq və Sosiologiya İnstitutunun doktorantı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin (Mətbuat xidməti) məsləhətçisi, Bakı Avrasiya Universitetinin müəllimi Səyyad Məcidlinin müəllifi olduğu kitabın elmi redaktoru BDU-nun “Beynəlxalq ümumi hüquq” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru R.K.Məmmədov, rəyçiləri hüquq üzrə fəlsəfə doktorları Ə.Q.Məmmədov, Ə.İ.Sadıqov və Ə.V.Allahverdiyevdir.

SEYMUR




Baxış sayı: 1431

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024