Tarix:11/09/12
YUNESKO-nun təşəbbüsü ilə 1989-cu ildən başlayaraq hər il məktəblilər arasında informatika üzrə keçirilən beynəlxalq olimpiada (IOI) dünyada kompyuter texnologiyaları üzrə ən nüfuzlu müsabiqə hesab edilir. Bu il mötəbər bilik yarışmasında dünyanın 80-dən çox ölkəsi təmsil olunacaq.
Hər ölkədən 4 məktəblinin qatıldığı olimpiadada ölkəmiz 1993-cü ildən iştirak etməyə başlamış, müxtəlif illərdə gümüş və bürünc mükafatlar qazanmışdır. Ötən il isə Azərbaycan komandasının üzvü Azad Salahlı Tailandda keçirilən olimpiadada bürünc medala layiq görülmüşdür.
Bu il ölkəmizi təmsil edəcək komandanın rəhbərləri Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə və AR Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Sadıqovdur. AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev də olimpiadada Təşkilat Komitəsinin dəvəti ilə iştirak edəcək. Komandanın üzvləri Bakı Özəl Türk Litseyinin şagirdləri Tahir Əlizadə, Tural Gülməmmədov, Elmi Əhmədov və Rəşid Qaziyevdir.
Qeyd edək ki, Azərbaycan məktəblilərinin olimpiadaya hazırlığı AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyə dəstəyilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin nəzdində yaradılmış Olimpiya Mərkəzində aparılır.
XXIV Beynəlxalq İnformatika Olimpiadası keçiriləcək
23-30 senytabr 2012-ci il tarixlərdə İtaliyanın Sirmion və Montiçiari şəhərlərində İnformatika üzrə XXIV Beynəlxalq İnformatika Olimpiadası keçiriləcək.YUNESKO-nun təşəbbüsü ilə 1989-cu ildən başlayaraq hər il məktəblilər arasında informatika üzrə keçirilən beynəlxalq olimpiada (IOI) dünyada kompyuter texnologiyaları üzrə ən nüfuzlu müsabiqə hesab edilir. Bu il mötəbər bilik yarışmasında dünyanın 80-dən çox ölkəsi təmsil olunacaq.
Hər ölkədən 4 məktəblinin qatıldığı olimpiadada ölkəmiz 1993-cü ildən iştirak etməyə başlamış, müxtəlif illərdə gümüş və bürünc mükafatlar qazanmışdır. Ötən il isə Azərbaycan komandasının üzvü Azad Salahlı Tailandda keçirilən olimpiadada bürünc medala layiq görülmüşdür.
Bu il ölkəmizi təmsil edəcək komandanın rəhbərləri Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə və AR Təhsil Nazirliyinin şöbə müdiri İsmayıl Sadıqovdur. AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev də olimpiadada Təşkilat Komitəsinin dəvəti ilə iştirak edəcək. Komandanın üzvləri Bakı Özəl Türk Litseyinin şagirdləri Tahir Əlizadə, Tural Gülməmmədov, Elmi Əhmədov və Rəşid Qaziyevdir.
Qeyd edək ki, Azərbaycan məktəblilərinin olimpiadaya hazırlığı AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin maliyə dəstəyilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzinin nəzdində yaradılmış Olimpiya Mərkəzində aparılır.
Baxış sayı: 830
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır