12px13px15px17px
Tarix:11/09/12

“Apple” şirkəti Polşanın ərzaq mağazasını məhkəməyə verib

Yuxarı səviyyəli milli domen və əlifbanın birinci hərfi. Sən demə,  bu, “Apple” şirkətinin sizi ticarət markasının hüquqlarının pozulmasına görə məhkəməyə verməsi üçün kifayətdir. Bu dəfə “Apple” şirkətinin hədəfi Polşanın “A.pl” adlı ərzaq internet mağazası olub. Amerikalılar məhkəmədən resurs sahiblərinin “A.pl” ticarət markasına olan hüquqlarını ləğv etməyi tələb ediblər.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Apple” şirkəti internet-mağazanın adının istifadəçiləri çaşdıra və qarışıqlıq yarada biləcəyini hesab edir. “A.pl” resursunun sahibləri qida məhsullarının satışı ilə məşğul olduqlarını bildiriblər. Alıcılar çətin ki “iPhone” smartfonu ilə balqabağı və “MacBook Pro” noutbuku ilə Varşava kolbasasını səhv salsınlar.





 
EMİL




Baxış sayı: 1244

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024