12px13px15px17px
Tarix:19/07/11

“Cisco” 6500 insanı işsiz qoydu

Analitiklər proqnozlaşdırdığı kimi şəbəkə avadanlığının ən böyük istehsalçısı – “Cisco Systems” əməkdaşlarını azaltmağa başlayır. Bu gün şirkət rəsmən 6500 insanı və ya ştatın 9%-ni işdən azad etdiyini bildirib. Şirkətdən verilən məlumata görə, bu addım il ərzində şirkətin illik xərclərini təxminən 1 milyard dollar azaltmağa və gəlir göstəricilərini yaxşılaşdırmağa kömək etməlidir. Həmçinin “Cisco”dan bildiriblər ki, Meksikada 5000 insanın işlədiyi şirkətin istehsal zavodu bağlanır. Sözügedən zavodda çalışan personalın çox hissəsi “Cisco”nun başqa zavodlarında işləməli olacaqlar.
Şirkətin baş direktoru Con Çembers daha əvvəl bildirib ki, “Cisco” işçiləri azaltmağa, satış həcmlərinin azalmasına və daim artan daxili xərclərə görə gəlirsiz biznesdən imtina etməyə məcburdur. Son 2 il ərzində “Cisco” öz bazar mövqelərinin əhəmiyyətli hissəsini “Juniper Networks” və “Hewlett-Packard” kimi əsas rəqiblərinə uduzub. Eyni zamanda, “Cisco”nun yeni məhsulları, məsələn, “Flip” istehlak videokameraları bazarda iflasa uğrayıb.
“Delloro Group” şirkətinin may hesabatına əsasən, “Cisco”nun şəbəkə avadanlığı satışlarından qazancı il ərzində 63%-ə qədər azalıb. Bir il ərzində şirkətin bazar payı 54,2%-dən 47.8%-ə qədər aşağı düşüb. Qeyd edək ki, bu ilin may ayında “Cisco Systems” artıq 550 insanın işdən azad edilməsi haqda məlumat vermişdi.


cybersecurity.ru



Baxış sayı: 930

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024