12px13px15px17px
Tarix:13/09/12

Əfqanıstan islamın təhqir edilməsinə görə “YouTube”-u blok edib

“YouTube” saytı Əfqanıstanda 90 dəqiqə işləməyib. Buna səbəb videohostinqdə "Müsəlmanların günahsızlığı" filmindən parçaların göstərilməsi olub.

“ICTnews.az” elektron xəbər xidməti “rg.ru” saytına istinadən bildirir ki, “YouTube 90 dəqiqə ərzində blok edilmişdi. Hazırda işləyir" - Əfqanıstanın Rabitə Nazirliyindən bildirilib.

"Müsəlmanların günahsızlığı" filmi yəhudi mənşəli amerikalı Sem Besil tərəfindən çəkilib. "Müsəlmanların günahsızlığı" adlı filmdə islam "bəşəriyyətin xərçəng şişi" adlandırılır və Məhəmməd peyğəmbər təhqiredici şəkildə təqdim olunub. Sem Besilin sözlərinə görə, film "islamın dağıdıcı rolu”nu göstərmək üçün  siyasi məqsədlə çəkilib.

Filmin internetdə yerləşdirilməsinə cavab olaraq "Ənsar aş-Şaria" radikal qruplaşmasının döyüşçüləri tərəfindən ABŞ-ın Liviyadakı  konsulluğuna hücum ediblər. Nəticədə ABŞ-ın iki yüksəkvəzifəli diplomatı və iki dəniz piyadaçısı ölüb.
 
EMİL




Baxış sayı: 1395

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024