12px13px15px17px
Tarix:14/09/12

Ozon qatının mühafizəsi çərçivəsində Azərbaycanın Ozon Mərkəzində lokal şəbəkə yaradılıb

Hələ 2010-cu ildə "Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində Ozon qatının qorunması sahəsində fəaliyyətlərin gücləndirilməsi" regional texniki layihə çərçivəsində Azərbaycanın Ozon Mərkəzində ofis avadanlıqları quraşdırılıb və lokal şəbəkə yaradılıb.

Hazırda layihə çərçivəsində fəaliyyətlər davam etdirilir. "ICTnews" elektron xəbər xidmətinə bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətindən məlumat verilib. ETSN-dən bildirilib ki, ölkəmiz bir sıra ozondağıdıcı maddələrin istifadədən çıxarılması və həmin maddələrin atmosferə atılmasının qarşısının alınması üzrə dünya birliyinin həyata keçirdiyi tədbirlərdə fəal iştirak edir: "Ozon təbəqəsinin müşahidəsi ilə ABŞ-ın Milli Aeronavtika və Kosmos Akademiyası (NASA), Ümumdünya Meteorologiya Təşkilatı kimi mötəbər təşkilatlar, həmçinin Kanada, Böyük Britaniya, Yeni Zelandiya və s. ölkələrin çoxsaylı təşkilatları müntəzəm olaraq məşğul olurlar. Ozon qatının dağılması ekvator zonasında planktonların, flora və faunanın məhvinə, okeanın biogenezinin dağılmasına, insanlarda göz və xərçəng xəstəliklərinin artmasına, eləcə də insan və heyvanların immun sisteminin zəifləməsi nəticəsində müxtəlif xəstəliklərin yaranmasına gətirib çıxarır.

Stratosferdə ozonun ümumi miqdarının çox olması həyat üçün nə qədər effektli hesab olunursa, troposferdə ozonun miqdarının artması canlı orqanizm üçün bir o qədər zərərlidir. Azərbaycan da müstəqil bir dövlət kimi dünyanın aparıcı dövlətləri sırasına qoşularaq, ümumbəşəri ekoloji problem olan ozon təbəqəsinin mühafizəsi haqqında Vyana Konvensiyasının, Monreal Protokolunun, London, Kopenhagen və Monreal düzəlişlərinin ratifikasiya edilməsi haqqında qanun, 2012-ci ildə isə Monreal Protokolunun 25 illik yubileyində Pekin düzəlişini qəbul edib".

Ratifikasiyadan sonra BMT-nin Ətraf Mühit və İnkişaf Proqramlarının himayəsi ilə "Çinar" soyuducu və Sumqayıt kompressorlar zavodlarında, yanğınsöndürmə idarələrində istifadə olunan ozondağıdıcı maddənin (ODM) istifadədən çıxarılması, sənayenin müxtəlif sahələri və məişətdə istifadə olunan ODM olan soyuducu agentlərin bərpası, yenidən istifadəsi, bu sahədə təlimatçı və texniklərin öyrədilməsi, Monreal Protokolunun yerinə yetirilməsi üçün təşkilati strukturların möhkəmləndirilməsi üzrə layihələr həyata keçirilib.
 
HƏQİQƏT




Baxış sayı: 4099

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024