12px13px15px17px
Tarix:14/09/12

İsveçli qraf zəngin insanlar üçün sosial şəbəkə yaradıb

İsveçli qraf Erix Vaxtmaysterin istifadəyə verdiyi “Best of All Worlds.com” sosial şəbəkəsində qeydiyyatdan keçmək yalnız dəvət yolu ilə mümkündür. Qeyd edək ki, yalnız zəngin insanlar qeydiyyatdan keçə bilərlər.

“ICTnews.az” elektron xəbər xidməti “osp.ru” saytına istinadən bildirir ki, layihənin təsisçisi zəngin istifadəçiləri digər sosial şəbəkələrdən cəlb etmək niyyətindədir. Qraf “Facebook”un sosial sahədə inhisarçı, lakin az faydalı olduğunu hesab edir.

Qrafın istifadəyə verdiyi sosial şəbəkədə quraşdırılmış ağıllı filtrlər istifadəçiləri seçilmiş etibarlı informasiya ilə təmin edəcək. Saytda saat, yaxta, bahalı alkoqol və digər qiymətli məhsulların reklam olunacağı planlaşdırılır. Yeni layihənin istifadəçiləri sosial şəbəkədə danışa, restoran, klub, mehmanxana seçə bilərlər.

Saytda artıq 25 min istifadəçi qeydiyyatdan keçib. Vaxtmayster daha 5-10 min zəngin insan cəlb etməyi planlaşdırır.
 
EMİL




Baxış sayı: 1262

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024