Tarix:15/09/12
Nəticədə əhaliyə göstərilən telefon rabitəsi xidmətinin keyfiyyətinin nəzərəçarpan dərəcədə artmasına şərait yaradır. Analoji olaraq "Bakinternet” sürətli internet istifadəçilərinə sürətli internetin qoşulmasının və xidmətin keyfiyyətini yüksəltmək üçün "155” qısaldılmış rəqəmli çağırış mərkəzi təşkil olunub.
BTRİB-in Stansiya qurğularının istismarı şöbəsinin rəisi Qaryağdı Nağıyevin verdiyi məlumata görə, istifadəçinin sifarişi, qəbul olunan zaman insan-maşın dialoqu rejimində avtomatik olaraq kompyuter-server tərəfindən qəbul olunur və sifarişlərin icrasına insan faktoru olmadan kompyuter və proqram vasitəsilə nəzarət olunur. Xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə, daxil olan sifarişlərin analizlərinin aparılması və operatorla istifadəçilərin canlı dialoqu billinq sistemində qeydə alınır.
Belə ki, istifadəçi telefonda olan problemlə əlaqədar “122”, internet xidmətində olan problemlə əlaqədar “155” yığmaqla xidmətə daxil olur və təmirə ehtiyacı olan telefon nömrəsinin daxil edilməsi haqda səsli anons eşidir. Bundan sonra sifarişçi zədəli telefon nömrəsini zəng etdiyi telefon aparatından istifadə etməklə kompyuterin bazasına daxil edir. Nömrə haqda məlumat daxil edildikdən sonra mərkəzi təmir bürosunun məlumat bazasından həmin nömrənin düzgün daxil edilib-edilməməsi haqda səsli anons-təsdiqləmə verilir. Əgər nömrə haqda məlumat düzgün daxil edilibsə, sifarişçi “1” düyməsini basmaqla əməliyyatı sona çatdırır. Bundan sonra kompyuterdən sifarişin qəbul edilməsi haqda anons-məlumat verilir.
Əgər 5 saniyə ərzində sifarişçi tərəfindən zədəli nömrə haqda məlumat kompyuterə daxil edilməzsə, onda çağırış canlı operatora yönləndirilir və sifarişçi ilə canlı dialoq yaradılır. İstifadəçilər tərəfindən müraciət daxil edildikdən və sistem tərəfindən müraciət qəbul edildikdən sonra növbəti prosedurlar sistem tərəfindən insan faktoru olmadan avtomatik yerinə yetirilir. Əgər müraciət istifadəçi tərəfindən təkrar olaraq sistemə daxil edilərsə, bu halda sistem, istifadəçinin sifarişinin artıq hansı tarix və vaxtda sistemə daxil edildiyini xatırladır. Daxil olmuş sifarişlərin icrası ilə əlaqədar sonrakı proseslər ATS-lərin krosslarında yerinə yetirilir. Bununla əlaqədar bütün ATS-lərdə dispetçerlər lazım olan bütün təlimatlarla təmin olunub.
Q.Nağıyev daha sonra bildirdi ki, “AzEvroTel” MMC BTRİB-in tabeçiliyinə verildikdən sonra, (492/497, 437 və 504/505) telefon və internet xidmətlərində olan problemlərin (zədələnmələrinin) operativ aradan qaldırılmasının təmin olunması məqsədilə, “AzEvroTel” MMC-nin istifadəçilərinin “122” və “155” xidmətlərinə inteqrasiya olunması təmin olunub. Sifarişlərin şənbə, bazar və bayram günlərində daxil olmaqla, sutka ərzində avtomatik qeydə alınması təmin olunur və daxil olmuş sifarişlər mövcud təlimata uyğun icra olunur.
Hazırda BTRİB üzrə bütün telefon rabitəsi və internet xidmətlərinin ödənişlərinin internet üzərindən, bankomatlar vasitəsilə və paypoint ödəniş sistemləri üzərindən aparılması tətbiq edilmiş, yeni telefon çəkilişlərinə müraciət zamanı texniki arayışların verilməsi avtomatlaşdırılıb.
"Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq BTRİB artıq yeni telefon çəkilişi, nömrənin addan-ada dəyişdirilməsi, nömrədəyişmə, sürətli internetə qoşulma, servis xidmətlərinə qoşulma kimi elektron xidmətlərin göstərilməsinə hazırdır.
RƏVAN
“AzEvroTel” abunəçiləri “122” və “155” xidmətinə inteqrasiya olundu
Hal-hazırda Bakı şəhər telefon şəbəkəsində istifadəçilərdən telefon xəttinin təmiri ilə bağlı sifarişlərin qəbulu və təmiri işləri avtomatik idarəetmə sistemləri və “122” çağırış mərkəzi vasitəsilə tam vahid bir mərkəzdən idarə olunur. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin "122 - Mərkəzi Təmir Bürosu Xidməti”ndə "insan-maşın” dialoq sistemində daxil olan sifarişlər və onların emalı, telefon xətlərinin təmirinə nəzarət və bununla əlaqədar bütün informasiya bazalarının formalaşdırılması (arxivləşdirilməsi) insan faktoru olmadan telefon rabitəsinin keyfiyyət göstəricilərinin şəffaflığına təminat verir.Nəticədə əhaliyə göstərilən telefon rabitəsi xidmətinin keyfiyyətinin nəzərəçarpan dərəcədə artmasına şərait yaradır. Analoji olaraq "Bakinternet” sürətli internet istifadəçilərinə sürətli internetin qoşulmasının və xidmətin keyfiyyətini yüksəltmək üçün "155” qısaldılmış rəqəmli çağırış mərkəzi təşkil olunub.
BTRİB-in Stansiya qurğularının istismarı şöbəsinin rəisi Qaryağdı Nağıyevin verdiyi məlumata görə, istifadəçinin sifarişi, qəbul olunan zaman insan-maşın dialoqu rejimində avtomatik olaraq kompyuter-server tərəfindən qəbul olunur və sifarişlərin icrasına insan faktoru olmadan kompyuter və proqram vasitəsilə nəzarət olunur. Xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə, daxil olan sifarişlərin analizlərinin aparılması və operatorla istifadəçilərin canlı dialoqu billinq sistemində qeydə alınır.
Belə ki, istifadəçi telefonda olan problemlə əlaqədar “122”, internet xidmətində olan problemlə əlaqədar “155” yığmaqla xidmətə daxil olur və təmirə ehtiyacı olan telefon nömrəsinin daxil edilməsi haqda səsli anons eşidir. Bundan sonra sifarişçi zədəli telefon nömrəsini zəng etdiyi telefon aparatından istifadə etməklə kompyuterin bazasına daxil edir. Nömrə haqda məlumat daxil edildikdən sonra mərkəzi təmir bürosunun məlumat bazasından həmin nömrənin düzgün daxil edilib-edilməməsi haqda səsli anons-təsdiqləmə verilir. Əgər nömrə haqda məlumat düzgün daxil edilibsə, sifarişçi “1” düyməsini basmaqla əməliyyatı sona çatdırır. Bundan sonra kompyuterdən sifarişin qəbul edilməsi haqda anons-məlumat verilir.
Əgər 5 saniyə ərzində sifarişçi tərəfindən zədəli nömrə haqda məlumat kompyuterə daxil edilməzsə, onda çağırış canlı operatora yönləndirilir və sifarişçi ilə canlı dialoq yaradılır. İstifadəçilər tərəfindən müraciət daxil edildikdən və sistem tərəfindən müraciət qəbul edildikdən sonra növbəti prosedurlar sistem tərəfindən insan faktoru olmadan avtomatik yerinə yetirilir. Əgər müraciət istifadəçi tərəfindən təkrar olaraq sistemə daxil edilərsə, bu halda sistem, istifadəçinin sifarişinin artıq hansı tarix və vaxtda sistemə daxil edildiyini xatırladır. Daxil olmuş sifarişlərin icrası ilə əlaqədar sonrakı proseslər ATS-lərin krosslarında yerinə yetirilir. Bununla əlaqədar bütün ATS-lərdə dispetçerlər lazım olan bütün təlimatlarla təmin olunub.
Q.Nağıyev daha sonra bildirdi ki, “AzEvroTel” MMC BTRİB-in tabeçiliyinə verildikdən sonra, (492/497, 437 və 504/505) telefon və internet xidmətlərində olan problemlərin (zədələnmələrinin) operativ aradan qaldırılmasının təmin olunması məqsədilə, “AzEvroTel” MMC-nin istifadəçilərinin “122” və “155” xidmətlərinə inteqrasiya olunması təmin olunub. Sifarişlərin şənbə, bazar və bayram günlərində daxil olmaqla, sutka ərzində avtomatik qeydə alınması təmin olunur və daxil olmuş sifarişlər mövcud təlimata uyğun icra olunur.
Hazırda BTRİB üzrə bütün telefon rabitəsi və internet xidmətlərinin ödənişlərinin internet üzərindən, bankomatlar vasitəsilə və paypoint ödəniş sistemləri üzərindən aparılması tətbiq edilmiş, yeni telefon çəkilişlərinə müraciət zamanı texniki arayışların verilməsi avtomatlaşdırılıb.
"Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq BTRİB artıq yeni telefon çəkilişi, nömrənin addan-ada dəyişdirilməsi, nömrədəyişmə, sürətli internetə qoşulma, servis xidmətlərinə qoşulma kimi elektron xidmətlərin göstərilməsinə hazırdır.
RƏVAN
Baxış sayı: 5810
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı