Tarix:15/09/12
Müəllimlər dərslərdə istifadə etdikləri proqram təminatı haqqında söhbət açıb, öz iş təcrübələrini bölüşüblər. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “http://www.informatik.az/” saytının rəhbəri Naidə İsayeva məlumat verib. Onun sözlərinə görə, informatika müəllimlərinin informatika dərsliklərinin müəllifləri ilə bağlı növbəti görüşü Sumqayıt şəhəri Təhsil şöbəsinin akt zalında təşkil olunub: “Görüşdə yeni dərslik komplektlərindən, dərslərdə istifadə olunan proqram təminatından söhbət açılıb.
Dosent Ramin Mahmudzadə proqramlaşdırma ilə məşğul olmaq istəyən şagirdlərin “e-olimp.com” saytından faydalana biləcəyini deyib. Belə ki, artıq bu saytın 4 dilindən biri də Azərbaycan dilidir. Şagirdlər özlərini sınamaq üçün məsələləri seçib, onların həlli alqoritmlərini proqramlaşdırma dilində yazıb, sayta göndərirlər. Saytın yoxlama sistemi var. Məsələnin düzgün və ya səhv həll olunması barədə məlumat gəlir. Saytda artıq 400 məsələ Azərbaycan dilinə tərcümə olunub”. Görüşdə İsmayıl Sadıqov isə proqramlaşdırma dillərindən, xüsusən, “LOGO” dilindən danışıb, “ALPLogo” proqramlaşdırma mühitinin imkanlarını nümayiş etdirib. Daha sonra informatika müəllimlərinin sualları cavablandırılıb.
Xatırladaq ki, Azərbaycanda bu il ilk dəfə olaraq 2012-2013-cü tədris ili üçün V sinif şagirdləri yeni kurikulum əsasında hazırlanmış dərsliklərlə təmin ediləcəklər. Bu dərsliklər sırasında “İnformatika” dərsliyi də var. Bu vəsaitin həmmüəllifləri Ramin Mahmudzadə, İsmayıl Sadıqov və Naidə İsayeva, elmi redaktoru AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyevdir. Milli kurikulum əsasında hazırlanan “İnformatika” dərslik komplektinə “Dərslik” və “Müəllim üçün vəsait” daxildir. Sözügedən dərslikdə “İnformasiya”, “Kompyuter”, “Tətbiqi proqramlar”, “Alqoritm və proqram”, “İnternet” kimi bölmələr yer alıb. Dərslikdə hər mövzu üzrə olan materiallar xarakterinə görə müvafiq ardıcıllıqla yerləşdirilib.
Ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün informatika dərsliyini “pdf” formatında “http://www.informatik.az/” saytının müvafiq səhifəsindən yükləmək də mümkündür. Bu elektron resursda müəllimlər üçün informatikanın tədrisi ilə bağlı rəsmi dövlət sənədləri, siniflər üzrə tədris proqramları, informatika dərsliklərinin “pdf” versiyaları, test tapşırıqları, didaktik materiallar, müxtəlif mövzularla bağlı videodərslər və təqdimatlar, fənn olimpiadasına hazırlıq və s. məsələlər üzrə məlumatlar da yerləşdirilib.
HƏQİQƏT
Yeni dərs ilində “İnformatika” fənninin tədrisində yeniliklərin müzakirəsi davam edir
Yeni dərs ilində “İnformatika” fənninin tədrisində yeniliklərin müzakirəsi davam edir. İnformatika müəllimləri arasında keçirilən ilk görüş Bakı şəhəri 283 saylı tam orta məktəbdə təşkil edilib. Görüşdə yeni dərs ilində informatikanın tədrisində yeniliklər, əsasən, 1-ci və 5-ci sinif dərs komplektləri barədə informasiya verilib.Müəllimlər dərslərdə istifadə etdikləri proqram təminatı haqqında söhbət açıb, öz iş təcrübələrini bölüşüblər. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “http://www.informatik.az/” saytının rəhbəri Naidə İsayeva məlumat verib. Onun sözlərinə görə, informatika müəllimlərinin informatika dərsliklərinin müəllifləri ilə bağlı növbəti görüşü Sumqayıt şəhəri Təhsil şöbəsinin akt zalında təşkil olunub: “Görüşdə yeni dərslik komplektlərindən, dərslərdə istifadə olunan proqram təminatından söhbət açılıb.
Dosent Ramin Mahmudzadə proqramlaşdırma ilə məşğul olmaq istəyən şagirdlərin “e-olimp.com” saytından faydalana biləcəyini deyib. Belə ki, artıq bu saytın 4 dilindən biri də Azərbaycan dilidir. Şagirdlər özlərini sınamaq üçün məsələləri seçib, onların həlli alqoritmlərini proqramlaşdırma dilində yazıb, sayta göndərirlər. Saytın yoxlama sistemi var. Məsələnin düzgün və ya səhv həll olunması barədə məlumat gəlir. Saytda artıq 400 məsələ Azərbaycan dilinə tərcümə olunub”. Görüşdə İsmayıl Sadıqov isə proqramlaşdırma dillərindən, xüsusən, “LOGO” dilindən danışıb, “ALPLogo” proqramlaşdırma mühitinin imkanlarını nümayiş etdirib. Daha sonra informatika müəllimlərinin sualları cavablandırılıb.
Xatırladaq ki, Azərbaycanda bu il ilk dəfə olaraq 2012-2013-cü tədris ili üçün V sinif şagirdləri yeni kurikulum əsasında hazırlanmış dərsliklərlə təmin ediləcəklər. Bu dərsliklər sırasında “İnformatika” dərsliyi də var. Bu vəsaitin həmmüəllifləri Ramin Mahmudzadə, İsmayıl Sadıqov və Naidə İsayeva, elmi redaktoru AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyevdir. Milli kurikulum əsasında hazırlanan “İnformatika” dərslik komplektinə “Dərslik” və “Müəllim üçün vəsait” daxildir. Sözügedən dərslikdə “İnformasiya”, “Kompyuter”, “Tətbiqi proqramlar”, “Alqoritm və proqram”, “İnternet” kimi bölmələr yer alıb. Dərslikdə hər mövzu üzrə olan materiallar xarakterinə görə müvafiq ardıcıllıqla yerləşdirilib.
Ümumtəhsil məktəblərinin 5-ci sinifləri üçün informatika dərsliyini “pdf” formatında “http://www.informatik.az/” saytının müvafiq səhifəsindən yükləmək də mümkündür. Bu elektron resursda müəllimlər üçün informatikanın tədrisi ilə bağlı rəsmi dövlət sənədləri, siniflər üzrə tədris proqramları, informatika dərsliklərinin “pdf” versiyaları, test tapşırıqları, didaktik materiallar, müxtəlif mövzularla bağlı videodərslər və təqdimatlar, fənn olimpiadasına hazırlıq və s. məsələlər üzrə məlumatlar da yerləşdirilib.
HƏQİQƏT
Baxış sayı: 4612
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır