12px13px15px17px
Tarix:17/09/12

Xaricdə təhsil alanların əksəriyyəti informasiya və kommunikasiya texnologiyaları üzrə ixtisaslara üstünlük verir

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2011-2012-ci tədris ilində 421 nəfər azərbaycanlı gənc təhsil almaq hüququ qazanıb. Bununla da Dövlət Proqramı üzrə təhsil alan tələbələrin sayı ümumilikdə 1204 nəfərə çatıb.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə Təhsil Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, hazırda Dövlət Proqramı çərçivəsində 23 ölkənin 200-ə yaxın universitetində 825 nəfər azərbaycanlı tələbə təhsil almaqdadır. Bu tələbələrin böyük əksəriyyəti informasiya və kommunikasiya texnologiyaları, tibb, mühəndislik, iqtisadiyyat və idarəetmə sahələri üzrə oxuyurlar.

Dövlət Proqramı çərçivəsində təhsil alan 322 nəfər soydaşımız isə artıq təhsilini başa vurub: “Ümumilikdə isə Dövlət Proqramı və digər mənbələr hesabına hazırda 10700 nəfər azərbaycanlı gənc dünyanın aparıcı universitetlərində müxtəlif ixtisaslara yiyələnirlər. Hazırda Azərbaycanın universitetlərində 5590 nəfər əcnəbi tələbə bakalavriatura, magistratura və doktorantura səviyyələrində təhsil almaqdadır”.

Qeyd edək ki, respublikamızın kadrlara olan tələbatı nəzərə alınaraq, 2012/2013-cü tədris ilində də azərbaycanlı tələbələrin xaricdə təhsil alması üçün informasiya texnologiyaları və nanotexnologiya ixtisaslarına üstünlük verilib. Bu tədris ili üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində müəyyənləşən digər prioritet ixtisas istiqamətlərinə biologiya, fizika, kənd təsərrüfatı, kimya, qədim dillər, mühəndislik, neft sənayesi, riyaziyyat, tibb və turizm də daxildir.
 
HƏQİQƏT




Baxış sayı: 1175

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024