Tarix:17/09/12
«Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və elm-təhsilin də inkişafı ona adekvat olmalıdır. Baxın, artıq Azərbaycan Milli Elmlər Akademiyasında «Kibernetikanın və informatikanın problemləri» mövzusunda konfrans keçirilir. Konfrans o ölkələrdə, o elmi mərkəzlərdə keçirilə bilir ki, orada elmi müstəvidə və yaxud dünya elmi müstəvisində özünü təsdiqləmiş olsun. Bu gün Azərbaycanda İKT sahəsi üzrə keçirilən bütün konfranslara dünyanın ən azı 30-a yaxın ölkəsindən yüzə yaxın nümayəndələr iştirak edir. Deməli, Azərbaycan elmini, təhsilini qəbul edirlər».
Bu fikirləri Bakı Dövlət Universitetinin rektoru, millət vəkili, akademik Abel Məhərrəmov «Rabitə dünyası» qəzetinə verdiyi müsahibəsində səsləndirib. Ölkədə İKT sektorunun durmadan inkişaf etdiyini önə çəkən rektor deyib ki, universitetlərimiz, ali təhsil ocaqlarımız ilk növbədə elmi mərkəz olmalıdır, sonra isə təhsil ocağı.
- Universitetə qəbul olunan tələbələrin kibernetika, informatika, nanotexnologiyalara və ümumilikdə fundamental elmlərə marağı hansı səviyyədədir?
- Bilirsiniz, hazırkı reallıqla barışmaq lazımdır. Əgər Azərbaycanda humanitar sahələrlə fundamental, dəqiq elmlərin nisbətini aparsaq, əlbəttə, görərik ki, gənclərimiz nəyəsə görə humanitar sahələrə daha çox meyil göstərirlər. Və bu sahədə yüksək bal toplayanlar da bilavasitə humanitar sahəyə gedir. Ancaq məndən bir ziyalı, bir universitet rəhbəri kimi soruşsalar, bu dinamikanın son 10 ildə müsbətə doğru dəyişdiyini söyləyərəm. Məsələn, bizdə dünya iqtisadiyyatı fakültəsi var ki, burada ən aşağı bal 600-dür.
Tətbiqi riyaziyyat və kibernetika fakültəsinə daxil olmaq üçün abituriyentlər ən azı 530 bal toplamalıdırlar. Ancaq əvvəllər bizim bu ixtisaslarımıza tələbələr çox aşağı balla daxil olurdular. Yəni birdən-birə inqilabi dəyişiklik olmasa da, dinamika bizi sevindirir ki, gənclərimizin artıq fundamental və təbiət elmləri istiqamətində maraqları artıb.
Dövlətimizin xüsusi qayğısı və diqqəti sayəsində hazırlanan strategiyalar da gələcəkdə tələbələrin kibernetikaya, informasiya-kommunikasiya texnologiyalarına olan marağını daha da artıracaq. Bütövlükdə bu gün Azərbaycan dünya müstəvisində inkişaf etmiş dövlətlər sırasında qəbul edilir. Həm iqtisadi, həm İKT, həm də digər sahələr üzrə inkişafımız göz qabağındadır. Qısa müddətdə biz BMT-də Təhlükəsizlik Şurasına rəhbərlik etdik və bunun özü də böyük göstəricidir.
Çünki dünyanın 155 dövləti bizə səs verdi. Deməli, onlar bizi gənc, müstəqil və dinamik inkişafda olan bir dövlət kimi qəbul edir. Baxmayaraq ki, biz müharibə şəraitindəyik. Müharibə şəraitində olaraq bu cür inkişafımızı dünyada yeni bir model kimi qəbul edirlər. Azərbaycan modeli kimi qəbul edirlər ki, necə ola bilər, 1 milyon qaçqını və məcburi köçkünü olsun, torpaqlarının 20 faizi işğal altında olsun, həm də iqtisadi cəhətdən durmadan inkişaf etsin. İrimiqyaslı beynəlxalq tədbirlərə Azərbaycan ev sahibliyi etsin.
Dünya ictimaiyyəti “Eurovision” Mahnı yarışmasına elə baxır ki, ingilislər öz dilində mahnı oxuyur, fransızlar öz dilində, Azərbaycan isə bir türk, müsəlman dövləti olaraq türkcə danışır, lakin ingiliscə onlardan yaxşı mahnı oxuya bilir. Üstəlik, heç bir xətasız. Deməli, biz çox düşüncəli, intellektual səviyyəsi olan bir xalqıq. Orda da, burda da özümüzü təsdiq edirik. Arzum odur ki, elm-təhsil sahəsində də təsdiq edək. Yeri gəlmişkən bildirim ki, dünyada universitetlərin reytinq sıralamasını aparan bir sıra təşkilatlar, qurumlar mövcuddur. Dünyada 150 mindən artıq universitet var. Onların hamısının reytinqi də eyni deyil.
Ali məktəbləri müqayisə edərkən 20 min top universitet açıqlanır. Yəni dünyada 20 min aparıcı universitet var. Bu universitetlər içərisində 700 universitet sırasında yaxşı yerlərdən birini tutmuşuq. Dediyim fikir ondan ibarətdir ki, Azərbaycan bütün sahələrdə inkişaf etdiyi kimi, əlbəttə, elm-təhsil sahəsində də inkişaf etməlidir. XXI əsrdə o dövlət inkişaf etmiş hesab olunur ki, orada elmin, təhsilin, informasiya-kommunikasiya texnologiyalarının səviyyəsi yüksək olsun. Ona görə də dövlətin bu istiqamətdə apardığı strategiyasında bu məsələlər çox ciddi şəkildə ortaya qoyulub. Biz də ali təhsil müəssisələrinin rəhbərləri, əməkdaşları kimi bunu dərindən başa düşürük və bu istiqamətdə də əməli fəaliyyətimizi yönəltmişik.
Bilirsiniz, bu gün təkcə Azərbaycanda deyil, bütün dünyada elmlər sərbəst inkişaf etmir. Məsələn, əvvəllər görürdük ki, fizika ayrı inkişaf edir, kimya ayrı. Amma bu dəqiqə biokimya, kimyəvi fizika, tibbi biologiya, tibbi kimya inkişaf edir.
Getdikcə hadisələr, günün tələbi ona gətirib çıxardacaq ki, nəinki təkcə tibb fakültəsi, eləcə də tibbi istiqamətə yönəldilmiş ixtisaslara da ehtiyac duyulacaq. Məsələn, molekulyar biologiyaya, gen mühəndisliyinə, nanotexnologiyalar və sair bunlar hökmən tibdə tətbiq olunmalıdır. Ona görə də bunların vəhdətinə çox böyük ehtiyac var. Hələlik biz fundamental elmlər sahəsində tədqiqatlarımızı aparırıq. Biz bu il yeni cihazların alınmasına, yeni laboratoriyaların açılmasına hazırlaşırıq. Bu gün artıq hazırlıq işləri başa çatmaqdadır və onlarla bağlı məlumatları kütləvi informasiya vasitələri ilə cəmiyyətə çatdıracağıq.
- Bu gün şirkətlər nanotexnologiyalar sahəsində universitetə sifariş verə bilərmi və bu sahə üzrə əldə olunan elmi nəticələrin tətbiqi sahəsində vəziyyət necədir?
- Bəli, şirkətlər nanotexnologiyalarla bağlı universitetə öz sifarişlərini verə bilərlər və artıq sifarişlər verilir də. Sizə bir misal deyim. Bakı Dövlət Universitetində 2006-cı ildən Nanoaraşdırmalar Mərkəzi fəaliyyət göstərir. Möhtərəm prezidentimiz, cənab İlham Əliyevin Rumıniyaya səfəri zamanı iki ölkə arasında bağlanan müqavilə əsasında yaradılmışdı. İlk vaxtlarda Rumıniya dövləti bizə müəyyən dərəcədə cihazlarla kömək etdi. Artıq bu köməyə bizim ehtiyacımız yoxdur. Biz hazırda olduqca müasir cihazlar almışıq. Məsələn, Yaponiyanın «Tokio-boyko» firmasından bir mikroskop almışıq. Onun qiyməti 1 milyon 200 min dollardır.
Ona uyğun da xeyli cihazlar almışıq. Və sual olunur ki, bizim texnologiyalarla Nanoaraşdırmalar Mərkəzində əldə edilən nəticələr praktikada tətbiq oluna bilirmi, ona pul verirlərmi, alırlarmı? Bəli, bu gün bizim nəticələrə böyük maraq var. Buna bir misal desəm, yəqin ki, kifayət edər. Səudiyyə Ərəbistanının Texnologiya Araşdırma Mərkəzi son iki ildə 1 milyon 500 min ABŞ dolları məbləğində bizim neftçıxarmada nanotexnologiyanın tətbiqi istiqamətində apardığımız tədqiqat işləri ilə bağlı müqavilə bağlayıb və həmin vəsaiti də hissə-hissə köçürüb. Demək olar ki, biz də həmin işi sona çatdırmışıq. Onların arzusu odur ki, bu işi biz digər istiqamətlərdə də davam etdirək və müqavilənin müddətini artıraq. Yəni artıq bizim mərkəz gəlir gətirir.
Eyni zamanda, Avropa İttifaqının 7-ci Çərçivə proqramı daxilində ABŞ, Kanada və Yaponiya ilə bizim layihələrimiz var. Ancaq bütövlükdə götürəndə hər il 6 milyon dollara yaxın müqavilələrdən, proqram qrantlardan gəlirimiz olur. Bu il 43 beynəlxalq proqram və qrant layihə çərçivəsində təqribən 5 milyon dollarlıq müqavilə imzalamışıq. Bu müqavilələr ümumi şəkildə götürsək, 30 dövlətlə bağlanılıb. Lakin eyni zamanda 24 proqram – qrantda var ki, bunlar da ölkədaxili qrantlar və təsərrüfat hesablı işlərimiz var.
Bunları deməkdə məqsədim odur ki, Azərbaycan iqtisadiyyatına, onun inkişafına diqqət yetirən dövlətlər artıq onun elminə də sərmayə qoyur. Alimlərimiz də bunu gördükdə ruhlanır, yeni-yeni nailiyyətlər əldə edir. Bu hallar onu göstərir ki, Azərbaycanda elmi məktəblər var. Bu mərkəzlərə də xaricdən sərmayə qoyurlar. Maliyyə vəsaitləri də yeni cihazların alınmasına, universitetin maddi-texniki bazasının formalaşması istiqamətində istifadə olunur.
- Bakı Dövlət Universitetinə məxsus radio və televiziyanın yaradılması istiqamətində hansı işlər görülür?
- Əlbəttə, Azərbaycanda ilk kütləvi informasiya vasitələri sayəsində kadr hazırlığında bizim Jurnalistika fakültəsinin böyük xidmətləri olub. Bir sıra sahələr, məsələn, nanotexnologiya, biokimya, gen mühəndisliyi inkişaf etdiyi kimi, jurnalistika da çox sürətlə inkişaf edir. Çünki bu gün jurnalistikada informasiya-kommunikasiya texnologiyalarından çox istifadə olunur. Teleradio, jurnalistika sahəsi güclü inkişaf edir. Hazırda belə bir studiyamız var. Tələbələr burada praktika keçir. Azərbaycan televiziyası da bu işdə bizə kömək edir. Lakin bununla bərabər universitet daxilində yeni bir studiyanın yaradılması ilə bağlı bizdə geniş bir layihə var. Bunu da yaxın vaxtlarda həyata keçirəcəyik.
- Bu gün universitetə «beyin axını» varmı?
- Bilirsiniz ki, vaxtilə, yəni müstəqilliyimizin ilk illərində alimlərimiz ölkədən getdi və xaricə «beyin axını» olduqca dinamik şəkildə artdı. Ancaq son 10 ildir ki, gedənlərin hamısı qayıtmaq haqqında bizə ərizə ilə müraciət edirlər. Bu gün əvvəlki «beyin axını» prosesinə əks «beyin axını» baş verir. Yəni Azərbaycana gələnlərin sayı günü-gündən artır. Mən açıq şəkildə bildirim ki, nəinki özümüzünkülər geri qayıdır, eyni zamanda Rusiyadan və Avropa ölkələrindən BDU-da 1 illik və müxtəlif müddətlərdə işləməyə gələnlərimiz var. Şərq ölkələrindən isə daha böyük müddətə işləməyə gəlirlər. Bu da bizi sevindirir ki, Azərbaycan bütün sahələrdə inkişaf etdiyi kimi, paralel olaraq elm-təhsil sahəsində də inkişafımız sürətlənir.
Seymur QASIMBƏYLİ
BDU-nun Nanoaraşdırmalar Mərkəzi hər il 6 milyon dollar gəlir gətirir
Abel Məhərrəmov: «XXI əsrdə o dövlət inkişaf etmiş hesab olunur ki, orada elmin, təhsilin, informasiya-kommunikasiya texnologiyalarının səviyyəsi yüksək olsun»«Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir və elm-təhsilin də inkişafı ona adekvat olmalıdır. Baxın, artıq Azərbaycan Milli Elmlər Akademiyasında «Kibernetikanın və informatikanın problemləri» mövzusunda konfrans keçirilir. Konfrans o ölkələrdə, o elmi mərkəzlərdə keçirilə bilir ki, orada elmi müstəvidə və yaxud dünya elmi müstəvisində özünü təsdiqləmiş olsun. Bu gün Azərbaycanda İKT sahəsi üzrə keçirilən bütün konfranslara dünyanın ən azı 30-a yaxın ölkəsindən yüzə yaxın nümayəndələr iştirak edir. Deməli, Azərbaycan elmini, təhsilini qəbul edirlər».

Baxış sayı: 1541
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır