Tarix:18/09/12
“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, sazişin qiyməti açıqlanmır. “Nik Software”-nin əsas hazırlamalarından biri “Snapseed” tətbiqidir. Bu tətbiq fotoları emal etməyə, onlarda müxtəlif filtrlər qoymağa, bundan sonra onları saxlamağa, sosial şəbəkələrdə dərc etməyə imkan verir.
“Snapseed” tətbiqinin yalnız “iPad” planşeti üçün nəzərdə tutulmuş birinci versiyası 2011-ci ilin iyununda istifadəyə verilmişdi. Sonralar istehsalçı tətbiqin “iPhone” smartfonu, həmçinin “Mac OS” və “Windows” əməliyyat sistemləri (ƏS) üçün versiyasını istifadəyə verdi. “Nik Software” şirkəti tətbiqin “Android” platforması üçün versiyasını 2012-ci ilin yanvarında istifadəyə verib.
“Google” şirkətinin “Nik Software” firmasını satın alması “Facebook”un “Instagram” mobil tətbiqini satın alması sazişinə özünəməxsus cavab olub.
Hazırda “Google” şirkəti “Google+” sosial şəbəkəsinin həm stolüstü, həm də mobil versiyasının fotoxidmətini təkmilləşdirməyə ümid edir. Bu barədə şirkətin vitse-prezidenti Vik Qandotra bloqda yazıb.
“Nik Software” şirkətindən verilən məlumata əsasən, “Snapseed” tətbiqinin istifadəçilərinin sayı 9 milyonu ötür. Müqayisə üçün qeyd edək ki, “Instagram” mobil tətbiqinin auditoriyası 100 milyonu ötür.
EMİL
İnternet nəhəngi foto tətbiqi istehsalçısını satın alıb
“Google” internet-şirkəti “Nik Software” firmasını (fotoların emalı üçün populyar “Snapseed” tətbiqin müəllifi) satın alıb. Bu barədə “Nik Software”-nin saytında bildirilib.“ICTnews.az” elektron xəbər xidməti “ria.ru” saytına istinadən bildirir ki, sazişin qiyməti açıqlanmır. “Nik Software”-nin əsas hazırlamalarından biri “Snapseed” tətbiqidir. Bu tətbiq fotoları emal etməyə, onlarda müxtəlif filtrlər qoymağa, bundan sonra onları saxlamağa, sosial şəbəkələrdə dərc etməyə imkan verir.
“Snapseed” tətbiqinin yalnız “iPad” planşeti üçün nəzərdə tutulmuş birinci versiyası 2011-ci ilin iyununda istifadəyə verilmişdi. Sonralar istehsalçı tətbiqin “iPhone” smartfonu, həmçinin “Mac OS” və “Windows” əməliyyat sistemləri (ƏS) üçün versiyasını istifadəyə verdi. “Nik Software” şirkəti tətbiqin “Android” platforması üçün versiyasını 2012-ci ilin yanvarında istifadəyə verib.
“Google” şirkətinin “Nik Software” firmasını satın alması “Facebook”un “Instagram” mobil tətbiqini satın alması sazişinə özünəməxsus cavab olub.
Hazırda “Google” şirkəti “Google+” sosial şəbəkəsinin həm stolüstü, həm də mobil versiyasının fotoxidmətini təkmilləşdirməyə ümid edir. Bu barədə şirkətin vitse-prezidenti Vik Qandotra bloqda yazıb.
“Nik Software” şirkətindən verilən məlumata əsasən, “Snapseed” tətbiqinin istifadəçilərinin sayı 9 milyonu ötür. Müqayisə üçün qeyd edək ki, “Instagram” mobil tətbiqinin auditoriyası 100 milyonu ötür.
EMİL
Baxış sayı: 1321
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib