Tarix:18/09/12
NDU-nun mətbuat şöbəsindən verilən məlumata görə, bu ali məktəbin sosial xidmət mərkəzində videotaksofon quraşdırılaraq tələbələrin ixtiyarına verilib.
Təqdimatda iştirak edən rektor akademik İsa Həbibbəyliyə qurğu haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, bu ən müasir videotaksofon vasitəsilə şəhərlərarası və beynəlxalq danışıqlar həyata keçirmək, internetin imkanlarından istifadə etmək, onlayn rejimdə dünyanın istənilən nöqtəsi ilə videobağlantı yaratmaq, qarşılıqlı görüntülü danışıq imkanı qazanmaq mümkündür.
Həmçinin “Skype”, “Bluetooth” xidmətlərindən yararlanmaq, musiqi dinləmək, intellektual oyunlarda iştirak etmək və digər əməliyyatlar həyata keçirmək də olur. Vurğulanmışdır ki, xidmətlər ödənişlidir və qəpik, manat və ya danışıq kartları vasitəsilə həyata keçirilir.
Naxçıvan Dövlət Universitetinin informasiya-kommunikasiya texnologiyaları sahəsində Azərbaycanın ali təhsil məkanında ilk imza atdığını iftixar hissi ilə qeyd edən rektor bu hadisəni universitetdə informasiya texnologiyaları imkanlarının genişlənməsinə göstərilən yüksək dövlət qayğısı kimi dəyərləndirmiş, bunun ali məktəbdə texnoloji baxışların zənginləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonra tələbələr videotaksofondan istifadə imkanlarını sınaqdan keçiriblər.
Naxçıvan Dövlət Universitetinin sosial xidmət mərkəzində videotaksofon quraşdırılıb
Yeni tədris ilinin başlanğıcı Naxçıvan Dövlət Universiteti (NDU) üçün bir sıra təqdimatlarla əlamətdar olub.NDU-nun mətbuat şöbəsindən verilən məlumata görə, bu ali məktəbin sosial xidmət mərkəzində videotaksofon quraşdırılaraq tələbələrin ixtiyarına verilib.
Təqdimatda iştirak edən rektor akademik İsa Həbibbəyliyə qurğu haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, bu ən müasir videotaksofon vasitəsilə şəhərlərarası və beynəlxalq danışıqlar həyata keçirmək, internetin imkanlarından istifadə etmək, onlayn rejimdə dünyanın istənilən nöqtəsi ilə videobağlantı yaratmaq, qarşılıqlı görüntülü danışıq imkanı qazanmaq mümkündür.
Həmçinin “Skype”, “Bluetooth” xidmətlərindən yararlanmaq, musiqi dinləmək, intellektual oyunlarda iştirak etmək və digər əməliyyatlar həyata keçirmək də olur. Vurğulanmışdır ki, xidmətlər ödənişlidir və qəpik, manat və ya danışıq kartları vasitəsilə həyata keçirilir.
Naxçıvan Dövlət Universitetinin informasiya-kommunikasiya texnologiyaları sahəsində Azərbaycanın ali təhsil məkanında ilk imza atdığını iftixar hissi ilə qeyd edən rektor bu hadisəni universitetdə informasiya texnologiyaları imkanlarının genişlənməsinə göstərilən yüksək dövlət qayğısı kimi dəyərləndirmiş, bunun ali məktəbdə texnoloji baxışların zənginləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Sonra tələbələr videotaksofondan istifadə imkanlarını sınaqdan keçiriblər.
Baxış sayı: 3002
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır