12px13px15px17px
Tarix:18/09/12

“Aztelekom” İB Qarabağın cənub hissəsinin bütün yaşayış məntəqələrini optikləşdirir

“Aztelekom” İB tərəfindən regionlarda informasiya və kommunikasiya texnologiyalarının inkişafı istiqamətində hazırlanan tədbirlər planının icrası sürətlə davam etdirilir. Cəbhə bölgələrini daim diqqət mərkəzində saxlayan birlik  hər bir kənddə müasir telekommunikasiya şəbəkəsinin yaradılması istiqamətində tədbirlər həyata keçirir.

 “Aztelekom” İB-nin baş direktorunun 1-ci müavini, texniki direktor Zahir Vəliyevin verdiyi məlumata görə, buna qədər cəbhə bölgələrinin ümumi TAE xəttinə qoşulması istiqamətində əsas mərhələ yerinə yetirilib. Füzuli rayonunun bütün kəndlərində müasir informasiya və kommunikasiya texnologiyaları şəbəkəsinin yaradılması həyata keçirilib. Qarabağın cənub rayonlarında İKT-nin  gələcək inkişaf  planında hər bir rayonun optik kabellərlə TAE xəttinə birləşdirilməsi nəzərdə tutulub. Hazırda Horadizə qədər çəkilən Şirvan-Füzuli optik kabel xətti “Böyük qayıdış” layihəsinin tərkib hissəsidir. Bu layihənin ardı kimi optik kabel xəttinin  Zəngilan, Qubadlı, Cəbrayıl və Laçına qədər çəkilməsi planlaşdırılır.

Hazırda Füzuli rayonunun işğaldan azad olan ərazilərində - Horadiz qəsəbəsində 816, Bala Bəhmənli kəndində 112, Kərimbəyli kəndində 107 nömrə tutumlu EATS mövcuddur. Bundan başqa rayonda yeni salınan yaşayış məntəqələrinin və telefonlaşdırılmayan kəndlərdə telefon rabitəsinə olan tələbatın ödənilməsi məqsədilə  CDMA simsiz rabitə şəbəkəsindən geniş istifadə olunur. CDMA rabitəsinin rayonun bütün yaşayış məntəqələrində tətbiqini həyata keçirmək məqsədilə yaxın vaxtlarda Böyük Bəhmənli kəndində yeni baza stansiyası tikiləcək.

 Bundan başqa yaxın vaxtlarda Qazaxlar, Mirzənağılı, Alıxanlı kəndlərinin tamamilə telefonlaşdırılması və optikləşdirilməsi ilə sakinlərin telefona çıxış imkanları daha da asanlaşacaq.  Bu layihənin həyata keçirilməsi ilə həmin kəndlərdə yeni EATS-lər və genişzolaqlı internet xidmətlərinə çıxış təmin olunacaq. 

 Böyük layihənin tərkib hissəsi olaraq rayonun Mahmudlu 1, Mahmudlu 2, Mollaməhəmmədli, Babı, Arataylı və digər telefonlaşdırılmayan kəndlərdə də optik kabellər çəkilməklə yeni elektron ATS-lərin tikilməsi planlaşdırılır. Horadiz, Bala Bəhmənli və Kərimbəyli kəndlərində olan mövcud stansiyaların tutumlarının isə artırılması nəzərdə tutulur. İnternet şəbəkəsinin genişləndirilməsi
 
“Aztelekom” İB tərəfindən kəndlərin yeni elektron ATS-lərlə təmin edilməsi ilə yanaşı, geniş internet şəbəkəsinin də yaradılması sakinlərin bu xidmətlərdən yetərincə faydalanmasına şərait yaradıb. Rayonun mövcud şəbəkəsinin TAE xəttinə qoşulması abunəçilərin telefon rabitəsi ilə yanaşı, bütün multimedia xidmətlərindən istifadəsinə imkanlar yaranıb.

Birlik tərəfindən hazırda rayon mərkəzi sayılan Horadizdə daha müasir avadanlıqlar yerləşdirməklə genişzolaqlı internet xidmətlərindən daha çox abunəçinin faydalanmasına yeni imkanlar yaranıb. Burada mövcud olan portların kənd stansiyalarında qurulması ilə abunəçilərin internetdən daha sürətli və daha keyfiyyətli şəkildə faydalanmasına şərait yaranıb. Bundan başqa yeni tikiləcək stansiyaların da genişzolaqlı internet avadanlıqları ilə təmin edilməsi planlaşdırılır.

RƏVAN




Baxış sayı: 1776

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024