12px13px15px17px
Tarix:19/09/12

«iPhone 5» Azərbaycana nə vaxt gətiriləcək?

ABŞ-ın «Apple» şirkətinin təqdim etdiyi sonuncu versiya smartfonun - «iPhone 5»un Azərbaycana satışları noyabr ayınadək başlanacaq. Bu barədə «APA-ECONOMICS»ə «Apple» şirkətinin rəsmi partnyoru «Alma store» şirkətinin marketinq direktoru Rəşid Salehov bildirib.

Onun sözlərinə görə, şirkətin istehsal etdiyi son versiya «i-Pod»lar oktyabrda, yeni telefonlar isə noyabradək gətiriləcək.

Qeyd edək ki, «Apple» şirkəti yeni smartfonu sentyabrın 12-də təqdim edib. Yeni telefonlar ilk növbədə ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Honkonq və Sinqapurda satılacaq. Bir həftədən sonra satışlar daha 20 ölkədə, ilin sonunadək isə 100-dən artıq ölkədə başlanacaq.

R.Salehov deyib ki, hələlik yeni smartfonun Azərbaycan bazarında neçəyə satılacağı dəqiq bilinmir. Smartfonun bundan əvvəlki versiyası - «iPhone 4S» smartfonu Azərbaycanda yaddaşının həcmindən (16-64 Gb) asılı olaraq 650-899 manata satılır. Yeni smartfonun isə bundan təqribən 50-100 manat baha olması gözlənilir. Başqa sözlə, «iPhone 5» Azərbaycanda 1000 manata təklif oluna bilər. Amma dəqiq qiymətlər bir qədər sonra, smartfonların ölkəyə gətirilməsi ərəfəsində çatdırma xərcləri dəqiqləşəndən sonra məlum olacaq.

Şirkət nümayəndəsinin sözlərinə görə, Amerikanın GSM standartları ilə Azərbaycanın mobil operatorlarının istehsal etdiyi standartlar fərqləndiyinə görə (ABŞ-da LTE standartları 700 Meqahers, Azərbaycanda isə 1800 Meqahers tezliklərində işləyir) ABŞ və Kanadada alınıb ölkəyə gətirilən telefonların burada işləməsində problem ola bilər. Bu məsələ də yaxın günlərdə dəqiqləşəcək.




Baxış sayı: 1922

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024