12px13px15px17px
Tarix:20/09/12

“Google” displey reklam bazarının həcminə görə “Facebook”u ötəcək

“EMarketer” şirkətinin analitikləri bildiriblər ki, 2012-ci ilin nəticəsinə görə, “Google” korporasiyası ABŞ-ın displey reklam bazarında 2,31 milyard dollar qazanacaq və bu göstərici üzrə rəqiblərini üstələyəcək.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, 2012-ci ildə “Google” bazarın 15,4 faizinə sahiblənəcək.  “Facebook” sosial şəbəkəsinin payı yalnız 14 faiz təşkil edəcək. “Yahoo!”-nun bazar payı 9,3 faizədək azalacaq.

Gələcəkdə “Facebook” və “Google” şirkətlərinin payı artacaq, “Yahoo!” şirkətinin payı isə əksinə, azalacaq. “EMarketer” şirkətinin hesablamalarına görə, 2014-cü ilədək axtarış sisteminin payı 21,2 faiz, sosial şəbəkənin payı 15,5 faiz təşkil edəcək.

“Agence France-Presse” qeyd edib ki, əgər agentliyin proqnozları düz olsa, o zaman “Google” internet-reklamın bütün seqmentlərində (axtarış, displey və mobil) lider olacaq.


EMİL




Baxış sayı: 1328

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024