12px13px15px17px
Tarix:21/09/12

“iPhone 5” satışa çıxarılıb

“iPhone 5” smartfonu sentyabrın 21-də Avstraliyada satışa çıxarılıb. “Reuters” xəbər verir ki, qurğunu satan mağazalar yerli vaxt üzrə səhər saat 8-də açılıb.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “iPhone 5” smartfonu sentyabrın 23-də Yaponiya, Sinqapur, Honkonq, Fransa, Almaniya, Böyük Britaniya, Kanada və ABŞ-da satılmağa başlayacaq. Sentyabrın 28-də aparat daha 22 dövlətin mağazalarında əlçatan olacaq.

“iPhone 5” smartfonu sentyabrın 12-də “Apple” korporasiyasının San-Fransiskoda keçirdiyi təqdimatda nümayiş edildi. Aparat əvvəlki modeldən ilk növbədə ekranın ölçüsünün artırılması, “LTE” şəbəkələrini dəstəkləməsi və möhkəm metal korpusu ilə fərqlənir.2012-ci ilin sonunadək dünyanın 100 ölkəsində “iPhone 5” smartfonunun satışlarına başlanılacaq.



 
EMİL




Baxış sayı: 1194

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024