Tarix:21/09/12
Layihənin özü ətraf mühitin mühafizəsi və bütün nəsillərin nümayəndələri tərəfindən onun mühafizəsinin zəruriliyi məsələlərinə diqqəti cəlb etməyə yönəlib. Sentyabrın 25-dək saytda təqdim olunan şəkillərdən bəyəniləninə səs vermək olar.
Daha çox səs toplayacaq şəklin müəllifi “Sizin seçiminiz” kateqoriyasında mükafatın qalibi olacaq.
Həmçinin, müsabiqənin yekunu üzrə beş nəfərdən ibarət beynəlxalq səviyyəli peşəkar münsiflər heyətinin qiymətləndirməsi ilə qaliblər seçiləcək.
Münsiflər heyətinin qiymətləndirməsi ilə qalib gələcək şəklin müəllifi mükafat qismində “SLR” kamera, noutbuk və fotoprinter əldə edəcək. İkinci yeri tutan şəxsə “SLR”-kamera, “iPad” və fotoprinter, üçüncü yeri tutana “SLR”-kamera və fotoprinter hədiyyə olunacaq.
Qaliblər sentyabrın 30-da elan olunacaqlar. Onlar qanuni qəyyumun müşayiəti ilə Bakıya gələ və oktyabrın son həftələrində keçiriləcək festival və sərgidə iştirak edə bilərlər.
Həmçinin, qaliblər dünya şöhrətli fotoqraf Rza Deqqatinin Azərbaycan paytaxtında keçirəcəyi birgünlük seminarda iştirak etmək imkanı əldə edəcəklər. 17 yaşadək olacaq iştirakçılardan hər biri müsabiqəyə “Mən təbiəti sevirəm” və “Mən çirklənmədən qorxuram” mövzusu ilə bağlı 2 şəkil təqdim ediblər.
“Yer planeti uşaqların gözləri ilə” Beynəlxalq foto müsabiqəsi fotoqraf Reza Deqqati ilə sıx əməkdaşlıqda, həmçinin Ümumdünya Fotoqrafiya Təşkilatı (World Photography Organisation) və “National Geographic” jurnalının (Böyük Britaniya) uşaq versiyasının dəstəyi ilə “İDEA” (International Dialogue for Environmental Action) kampaniyasının təşəbbüsü üzrə keçirilir.
Fotomüsabiqənin təşəbbüskarı “İDEA” kampaniyasının təsisçisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Onu fotomüsabiqənin yaradılması ideyasına ətraf mühitin Azərbaycan və Şərqi Avropanın gənc insanlarının narahatlığının əsas səbəbi olması, həmçinin Cənubi Qafqaz regionunda ciddi ekoloji problemlərin mövcudluğu təhrik edir.
“Bütün dünyada gənc insanlar ətraf mühitin problemlərini dərk edirlər. Bizi dəstəkləyən və bizə həyat verən təbiətlə harmoniyada yaşayacağımız gələcəyin yaradılması bizim əllərimizdədir” – layihənin saytında Leyla Əliyevanın sözlərindən sitat gətirilir.
Məşhur qəzetin saytı azərbaycanlı uşaqların çəkdiyi şəkilləri dərc edib
Məşhur “The Telegraph” qəzetinin saytı “İDEA” kampaniyasının “Yer kürəsi uşaqların gözü ilə” adlı ekoloji müsabiqəsinə təqdim olunan şəkillərinin bir hissəsini dərc edib.Layihənin saytında səsverməyə qoyulan 50 şəkildən 21 şəkil təqdim olunub.Layihənin özü ətraf mühitin mühafizəsi və bütün nəsillərin nümayəndələri tərəfindən onun mühafizəsinin zəruriliyi məsələlərinə diqqəti cəlb etməyə yönəlib. Sentyabrın 25-dək saytda təqdim olunan şəkillərdən bəyəniləninə səs vermək olar.
Daha çox səs toplayacaq şəklin müəllifi “Sizin seçiminiz” kateqoriyasında mükafatın qalibi olacaq.
Həmçinin, müsabiqənin yekunu üzrə beş nəfərdən ibarət beynəlxalq səviyyəli peşəkar münsiflər heyətinin qiymətləndirməsi ilə qaliblər seçiləcək.
Münsiflər heyətinin qiymətləndirməsi ilə qalib gələcək şəklin müəllifi mükafat qismində “SLR” kamera, noutbuk və fotoprinter əldə edəcək. İkinci yeri tutan şəxsə “SLR”-kamera, “iPad” və fotoprinter, üçüncü yeri tutana “SLR”-kamera və fotoprinter hədiyyə olunacaq.
Qaliblər sentyabrın 30-da elan olunacaqlar. Onlar qanuni qəyyumun müşayiəti ilə Bakıya gələ və oktyabrın son həftələrində keçiriləcək festival və sərgidə iştirak edə bilərlər.
Həmçinin, qaliblər dünya şöhrətli fotoqraf Rza Deqqatinin Azərbaycan paytaxtında keçirəcəyi birgünlük seminarda iştirak etmək imkanı əldə edəcəklər. 17 yaşadək olacaq iştirakçılardan hər biri müsabiqəyə “Mən təbiəti sevirəm” və “Mən çirklənmədən qorxuram” mövzusu ilə bağlı 2 şəkil təqdim ediblər.
“Yer planeti uşaqların gözləri ilə” Beynəlxalq foto müsabiqəsi fotoqraf Reza Deqqati ilə sıx əməkdaşlıqda, həmçinin Ümumdünya Fotoqrafiya Təşkilatı (World Photography Organisation) və “National Geographic” jurnalının (Böyük Britaniya) uşaq versiyasının dəstəyi ilə “İDEA” (International Dialogue for Environmental Action) kampaniyasının təşəbbüsü üzrə keçirilir.
Fotomüsabiqənin təşəbbüskarı “İDEA” kampaniyasının təsisçisi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Onu fotomüsabiqənin yaradılması ideyasına ətraf mühitin Azərbaycan və Şərqi Avropanın gənc insanlarının narahatlığının əsas səbəbi olması, həmçinin Cənubi Qafqaz regionunda ciddi ekoloji problemlərin mövcudluğu təhrik edir.
“Bütün dünyada gənc insanlar ətraf mühitin problemlərini dərk edirlər. Bizi dəstəkləyən və bizə həyat verən təbiətlə harmoniyada yaşayacağımız gələcəyin yaradılması bizim əllərimizdədir” – layihənin saytında Leyla Əliyevanın sözlərindən sitat gətirilir.
Baxış sayı: 1936
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib