Tarix:21/09/12
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, qlobal internetdən ayrılacaq milli şəbəkə üçün artıq texniki infrastruktur hazırlanmağa başlanılıb. ABŞ-ın “The Washington Post” qəzetinin yaydığı xəbərə görə, İran hökuməti kiberhücumlara qarşı dayanmaq məqsədilə milli internet şəbəkəsi yaratmaqda qərarlıdır: “İran hökuməti bundan əvvəl qapalı internet şəbəkəsinin infrastrukturu ciddi sərmayə tələb etdiyindən, məsələyə şübhə ilə yanaşmışdı. Ancaq ölkə rəhbərliyi nüvə obyektlərinə qarşı kiberhücumların artmasından sonra bununla bağlı işlərini sürətləndirdi. Ötən ay İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sentyabrın sonunadək hökumət təşkilatları və hərbi orqanların yeni şəbəkəni istifadə edəcəyini açıqlamışdı”.
Qəzet yazır ki, amerikalı mütəxəssislər ilk dəfə İranın öz planlarına uyğun bir əməliyyat şəbəkəsi yaratdıqlarına dair dəlillər əldə edib: “Hətta İran özünəməxsus süzgəc üsulunu da inkişaf etdirib. Şəbəkənin infrastrukturu isə Çinin dünyaca məşhur informasiya nəhəngi “Huawei” tərəfindən hazırlanıb. İran rəsmiləri yeni şəbəkə ilə ölkə müxaliflərinin izlənilməsini qeyri-mümkün edən və ABŞ fondları tərəfindən maliyyələşdirilən proqramlarla asan şəkildə mübarizə apara biləcək.
Eyni zamanda yeni şəbəkə internetə hələ də telefon xətti ilə daxil olan İran vətəndaşları üçün daha əlverişli olacaq. İran milli internetinə “www” ilə girmək mümkün olmayacaq. Hazırda ölkədə internetə daxil olmaq sürəti olduqca yavaşdır və bunun videoların izlənilməməsi üçün qəsdən edildiyi bildirilir. “Facebook” və “YouTube” kimi bir çox sayta isə daxil olmağa əngəl törədilir”.
SEYMUR
Çin İran üçün milli internet şəbəkəsi hazırlayıb
İran İslam Respublikası bu ayın sonunda rəsmi təşkilatların istifadəsinə veriləcək yeni internet şəbəkəsi ilə qlobal internetdən ayrılacaq. Rəsmi Tehran dünyaya açılan tək pəncərəsi olan internetin də yerli versiyasını işə salır.“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, qlobal internetdən ayrılacaq milli şəbəkə üçün artıq texniki infrastruktur hazırlanmağa başlanılıb. ABŞ-ın “The Washington Post” qəzetinin yaydığı xəbərə görə, İran hökuməti kiberhücumlara qarşı dayanmaq məqsədilə milli internet şəbəkəsi yaratmaqda qərarlıdır: “İran hökuməti bundan əvvəl qapalı internet şəbəkəsinin infrastrukturu ciddi sərmayə tələb etdiyindən, məsələyə şübhə ilə yanaşmışdı. Ancaq ölkə rəhbərliyi nüvə obyektlərinə qarşı kiberhücumların artmasından sonra bununla bağlı işlərini sürətləndirdi. Ötən ay İranın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi sentyabrın sonunadək hökumət təşkilatları və hərbi orqanların yeni şəbəkəni istifadə edəcəyini açıqlamışdı”.
Qəzet yazır ki, amerikalı mütəxəssislər ilk dəfə İranın öz planlarına uyğun bir əməliyyat şəbəkəsi yaratdıqlarına dair dəlillər əldə edib: “Hətta İran özünəməxsus süzgəc üsulunu da inkişaf etdirib. Şəbəkənin infrastrukturu isə Çinin dünyaca məşhur informasiya nəhəngi “Huawei” tərəfindən hazırlanıb. İran rəsmiləri yeni şəbəkə ilə ölkə müxaliflərinin izlənilməsini qeyri-mümkün edən və ABŞ fondları tərəfindən maliyyələşdirilən proqramlarla asan şəkildə mübarizə apara biləcək.
Eyni zamanda yeni şəbəkə internetə hələ də telefon xətti ilə daxil olan İran vətəndaşları üçün daha əlverişli olacaq. İran milli internetinə “www” ilə girmək mümkün olmayacaq. Hazırda ölkədə internetə daxil olmaq sürəti olduqca yavaşdır və bunun videoların izlənilməməsi üçün qəsdən edildiyi bildirilir. “Facebook” və “YouTube” kimi bir çox sayta isə daxil olmağa əngəl törədilir”.
SEYMUR
Baxış sayı: 1292
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib