Tarix:22/09/12
Proqram çərçivəsində iştirakçılar informasiya texnologiyaları, mobil texnologiyalar və yaşıl (ekoloji) texnologiyalar sahəsində biznes ideyalarının layihəsini təqdim edərək, qrant qazanıb öz biznesini qurmaq imkanı əldə edəcəklər. Artıq proqramın yarımfinalında iştirak edəcək 25 komanda müəyyən olunub. Hazırda onlar final mərhələsinə çıxmaq üçün layihələrinə dair müvafiq tapşırıqların yerinə yetirilməsi ilə məşğuldur.
“ICTnews” elektron xəbər xidmətinin “Barama” İnnovasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, Elm və Texnologiya Sahibkarlığı Proqramı çərçivəsində “Barama” və “CRDF Global” təşkilatı tərəfindən iştirakçılar üçün “Biznes planın yaradılması və təqdim olunması” mövzusunda vebinar (onlayn seminar) keçirilib. Vebinarda “CRDF Global” tərəfindən Texnoloji İnnovasiyalar və Layihə İdarəolunması üzrə ekspert, professor Yevgeni İvanov çıxış edib.
Tədbirdə biznes planın yaradılması qaydaları, investorların diqqətini çəkən məqamlar haqqında söhbət açılıb. Ekspert E. İvanov öz təcrübəsini iştirakçılarla paylaşıb. Təqdimat zamanı iştirakçılar ekspertə öz layihələrinin biznes planı üzrə suallar ünvanlayıblar.
CAHANGİR
Elm və Texnologiya Sahibkarlığı Proqramı çərçivəsində onlayn seminar keçirilib
“Azercell Telekom” MMC, “Barama” İnnovasiya Mərkəzi və ABŞ Mülki Tədqiqat və İnkişaf Fondu Elm və Texnologiya Sahibkarlığı Proqramını (ETSP) davam etdirir. Proqramın əsas məqsədi sahibkarlıq mədəniyyətini təşviq etmək və cari bazar problemlərinə innovativ həllər axtarmaq, Azərbaycanda texnologiya sahibkarlığının dəstəklənməsidir.Proqram çərçivəsində iştirakçılar informasiya texnologiyaları, mobil texnologiyalar və yaşıl (ekoloji) texnologiyalar sahəsində biznes ideyalarının layihəsini təqdim edərək, qrant qazanıb öz biznesini qurmaq imkanı əldə edəcəklər. Artıq proqramın yarımfinalında iştirak edəcək 25 komanda müəyyən olunub. Hazırda onlar final mərhələsinə çıxmaq üçün layihələrinə dair müvafiq tapşırıqların yerinə yetirilməsi ilə məşğuldur.
“ICTnews” elektron xəbər xidmətinin “Barama” İnnovasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, Elm və Texnologiya Sahibkarlığı Proqramı çərçivəsində “Barama” və “CRDF Global” təşkilatı tərəfindən iştirakçılar üçün “Biznes planın yaradılması və təqdim olunması” mövzusunda vebinar (onlayn seminar) keçirilib. Vebinarda “CRDF Global” tərəfindən Texnoloji İnnovasiyalar və Layihə İdarəolunması üzrə ekspert, professor Yevgeni İvanov çıxış edib.
Tədbirdə biznes planın yaradılması qaydaları, investorların diqqətini çəkən məqamlar haqqında söhbət açılıb. Ekspert E. İvanov öz təcrübəsini iştirakçılarla paylaşıb. Təqdimat zamanı iştirakçılar ekspertə öz layihələrinin biznes planı üzrə suallar ünvanlayıblar.
CAHANGİR
Baxış sayı: 1354
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır