12px13px15px17px
Tarix:24/09/12

“Facebook” Avropa Birliyindən olan istifadəçilərin üzləri haqqında məlumat bazasını siləcək

“Facebook” Avropa Birliyi ölkələrində yaşayan yeni istifadəçilərin üzləri haqqında verilənlər bazası yaratmağı dayandıracaq. Bundan əlavə, sosial şəbəkə oktyabrın 15-dək xidmətin mövcud iştirakçıları haqqında artıq toplanılmış informasiyanı siləcək. Belə qərar İrlandiyanın istifadəçi məlumatlarının mühafizəsi üzrə agentliyi tərəfindən tələb və tövsiyələrə əsasən qəbul edilib.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, söhbət 2011-ci ilin iyununda istifadəyə verilmiş “Tag Suggestions” funksiyasından gedir. O, istifadəçinin   əlavə etdiyi fotoda üzü avtomatik tanıyır.

Almaniya avqustda “Tag Suggestions” funksiyasının biometrik məlumatları toplamasını əsas gətirərək onun Avropa qanunvericiliyinə zidd olduğunu bildirmişdi. Sosial şəbəkə nizamlayıcı orqanların xahişlərinə məsələyə İrlandiya qarışanadək reaksiya verməyə tələsmirdi. Qeyd edək ki, “Facebook”un Avropa qərargahı İrlandiyada yerləşir.



EMİL




Baxış sayı: 868

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Oktyabr 2021

27 10 2021