12px13px15px17px
Tarix:24/09/12

“Apple” şirkəti “Google”-un "xəritə"çilərini özünə cəlb etmək istəyir

“Apple” istifadəçilərin narazılığına və ekspertlərin tənqidinə səbəb olmuş öz yeni kartoqrafiya xidməti üzərində işlərin həyata keçirilməsi üçün əvvəllər “Google”-un xəritələri üzərində işləmiş mütəxəssisləri cəlb etmək qərarı verib.

“ICTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, “Apple” şirkəti “Google”-da xəritələr üzərində işləyən əməkdaşları rekruterlər vasitəsilə özünə cəlb etməyə çalışır. Onların bəziləri təklifi böyük məmnuniyyətlə qəbul edirlər, çünki yeni məhsul üzərində işləmək artıq çoxdan tamamlanmış platformanı təkmilləşdirməkdən daha maraqlıdır.

“Apple” şirkətinin “Google”-un xəritələrindən “iPhone” və “iPad” üçün “iOS” mobil platformasında istifadədən imtina etməsi bir qədər tələsik qərar oldu. “Apple”-ın yeni xəritələri çoxsaylı məlumatlardan istifadə edir, lakin o, hələ ki “Google” və “Nokia”nın müvafiq məhsullarına uduzur.


EMİL




Baxış sayı: 1320

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024