12px13px15px17px
Tarix:20/07/11

“Microsoft”dan dəyərli təklif

“Microsoft” şirkəti “Rustock” botneti haqqında yeni məlumatlar üçün 250 min dollar mükafat təyin edib. Bu barədə “Microsoft” şirkətinin rəsmi bloqunda məlumat verilib. Şirkəti botnetin idarə edilməsində aidiyyəti olan şəxsin müəyyən edilməsi ilə bağlı məlumat maraqlandırır. “Microsoft” bloqunda mükafat haqqında məlumatı şirkətin rəqəmli cinayətlər bölməsinin baş hüquqşünası Riçard Boskoviç dərc edib. Qeyd edək ki, “Rustock” botneti 2006-cı ildən işləyir və müxtəlif fikirlərə əsasən, 2,4 milyona qədər virusa yoluxmuş kompyuteri birləşdirib. “Rustock” botnet sisteminə daxil olan kompyuterlərdən hər gün 30 milyarda qədər spam-xəbər göndərilib.
Botnet 2010-cu ilin mart ayının ortalarında “Microsoft” və şirkətin partnyorlarından olan mütəxəssislərin iştirakı nəticəsində bağlanıb. Məhkəmənin icazəsini aldıqdan sonra onlar “Rustock” botnet sisteminin idarəsinin aparıldığı serveri şəbəkədən ayırıblar. “Microsoft” botnet rəhbərlərinə qarşı məhkəməyə iddia verib, hərçənd bu insanların şəxsiyyətləri indiyə qədər təyin edilməyib. Şirkət “noticeofpleadings.com” resursunu istifadəyə verərək “Rustock” fəaliyyəti ilə bağlı hüquqi sənədləri orda dərc edib.
“Microsoft” toplanmış informasiyaya əsasən, botnetin Rusiyadan idarə oluna bilməsi nəticəsinə gəlib. 2011-ci il iyun ayının əvvəlində şirkət botnet rəhbərlərinə məhkəməyə çıxmaq və öz maraqlarını qorumaq imkanı vermək üçün Rusiya qəzetləri - "Деловой Петербург" və "Московские новости"də təhqiqat haqqında informasiya yerləşdirib.



Baxış sayı: 1009

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024