Tarix:26/09/12
“ICT news” elektron xəbər xidmətinin “SİNAM” şirkətinə istinadən verdiyi məlumata görə, şirkət bu sərgidə dünyanın qabaqcıl “Təhsil Prosesinin İdarə Edilməsi Sistemləri”ndən birini – “IMC” şirkətinin məhsulu olan “CLIX” proqramını nümayiş etdirib. “CLIX” sistemi yüksək nailiyyət əldə etmək üçün universitetlərin və digər müəssisələrin təlim-tədris fəaliyyətlərinin planlı surətdə reallaşdırılmasına imkan yaradır.
Şirkət tərəfindən sərgidə həmçinin “InterWrite” elektron lövhələri nümayiş etdirilib. “eInstruction” şirkətinin məhsulu olan “InterWrite” təqdimat avadanlığı komplektinə daxil olan bu elektron lövhələr dərsləri müasir standartlara uyğun tərzdə təşkil etməyə imkan verir. Qeyd etmək lazımdır ki, komplektə həmçinin “InterWrite Panel” planşet kompyuteri, “InterWrite PRS” interaktiv sorğu qurğusu və “InterWrite Software” proqram təminatı daxildir.
CAHANGİR
Azərbaycan İT şirkəti “Təhsil və Karyera” sərgisində müasir texnologiyaları nümayiş etdirib
“SİNAM” şirkəti Azərbaycanda keçirilən 6-cı Beynəlxalq “Təhsil və Karyera” sərgisində iştirak edib. Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə “Iteca Caspian” şirkəti tərəfindən təşkil olunan “Təhsil və karyera” sərgisi təhsil, dil vərdişlərinin təkmilləşdirilməsi, habelə peşə və karyera inkişafı istiqamətində regionun ən mötəbər tədbiridir.“ICT news” elektron xəbər xidmətinin “SİNAM” şirkətinə istinadən verdiyi məlumata görə, şirkət bu sərgidə dünyanın qabaqcıl “Təhsil Prosesinin İdarə Edilməsi Sistemləri”ndən birini – “IMC” şirkətinin məhsulu olan “CLIX” proqramını nümayiş etdirib. “CLIX” sistemi yüksək nailiyyət əldə etmək üçün universitetlərin və digər müəssisələrin təlim-tədris fəaliyyətlərinin planlı surətdə reallaşdırılmasına imkan yaradır.
Şirkət tərəfindən sərgidə həmçinin “InterWrite” elektron lövhələri nümayiş etdirilib. “eInstruction” şirkətinin məhsulu olan “InterWrite” təqdimat avadanlığı komplektinə daxil olan bu elektron lövhələr dərsləri müasir standartlara uyğun tərzdə təşkil etməyə imkan verir. Qeyd etmək lazımdır ki, komplektə həmçinin “InterWrite Panel” planşet kompyuteri, “InterWrite PRS” interaktiv sorğu qurğusu və “InterWrite Software” proqram təminatı daxildir.
CAHANGİR
Baxış sayı: 1400
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır