Tarix:26/09/12
Məlumat üçün bildirək ki, 2012-ci il iyunun əvvəlində “BlackBerry” xidmətlərinin abunə bazası 78 milyon istifadəçidən ibarət idi. Heynsin sözlərinə görə, şirkət iyundan sentyabra kimi müddətdə xidmətlərinə təxminən 2 milyon yeni abunəçi cəlb etməyi bacarıb.
“Canalys” analitik şirkətinin məlumatına görə, 2012-ci ilin aprel-iyun aylarının nəticəsinə görə qlobal smartfon bazarında “BlackBerry OS” platformasının payı 5,4 faiz təşkil edib. Bu göstərici 2011-ci ilin ikinci rübü ilə müqayisədə 33 faiz aşağıdır. “BlackBerry OS” platformasının ABŞ bazarında payı ikinci rübdə yalnız 9,5 faiz təşkil edib və azalmağa doğru davam edir.
“BlackBerry” xidmətlərinə abunə olanların sayının artması haqqında xəbər “RIM” səhmlərinin “Nasdaq” birjasında məzənnəsinin 4.7 faiz artmasına səbəb olub.
Kanada istehsalçısı yeni “BlackBerry 10” əməliyyat sistemi və bu platforma ilə işləyəcək smartfonlara böyük ümid bəsləyir. Torsten Heynsin sözlərinə görə, “RIM” şirkəti artıq qurğuların yoxlanmasında iştirak edən rabitə operatorlarından “BlackBerry 10” ƏS-i ilə işləyən yeni smartfonlar üçün müsbət rəylər alıb.
EMİL
“BlackBerry” xidmətlərinə abunə olanların sayı 80 milyona qədər artıb
Kanadanın “Research in Motion” (RIM) şirkəti son rüb ərzində “BlackBerry” xidmətlərinə abunə olanların sayının 80 milyona qədər artması haqqında bəyan edib.Məlumat üçün bildirək ki, 2012-ci il iyunun əvvəlində “BlackBerry” xidmətlərinin abunə bazası 78 milyon istifadəçidən ibarət idi. Heynsin sözlərinə görə, şirkət iyundan sentyabra kimi müddətdə xidmətlərinə təxminən 2 milyon yeni abunəçi cəlb etməyi bacarıb.
“Canalys” analitik şirkətinin məlumatına görə, 2012-ci ilin aprel-iyun aylarının nəticəsinə görə qlobal smartfon bazarında “BlackBerry OS” platformasının payı 5,4 faiz təşkil edib. Bu göstərici 2011-ci ilin ikinci rübü ilə müqayisədə 33 faiz aşağıdır. “BlackBerry OS” platformasının ABŞ bazarında payı ikinci rübdə yalnız 9,5 faiz təşkil edib və azalmağa doğru davam edir.
“BlackBerry” xidmətlərinə abunə olanların sayının artması haqqında xəbər “RIM” səhmlərinin “Nasdaq” birjasında məzənnəsinin 4.7 faiz artmasına səbəb olub.
Kanada istehsalçısı yeni “BlackBerry 10” əməliyyat sistemi və bu platforma ilə işləyəcək smartfonlara böyük ümid bəsləyir. Torsten Heynsin sözlərinə görə, “RIM” şirkəti artıq qurğuların yoxlanmasında iştirak edən rabitə operatorlarından “BlackBerry 10” ƏS-i ilə işləyən yeni smartfonlar üçün müsbət rəylər alıb.
EMİL
Baxış sayı: 1300
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır